Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yüksəliş”in qalibi Azad Qəribov: Bu müsabiqə bir məktəbdir

Bakı, 20 fevral, Xatirə Cəfərova, AZƏRTAC

“Yüksəliş” müsabiqəsini təkcə bilik və bacarıqların qiymətləndirilməsi deyil, həm də böyük bir məktəb hesab edirəm.

Bu fikri AZƏRTAC-a müsahibəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Azad Qəribov söyləyib.

Lerikdə anadan olub, Bakıda bakalavriat, Qlazqoda magistratura, Vyanada doktorantura təhsili alıb

A.Qəribov 1987-ci ildə Lerik rayonunda anadan olub. 2005-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinə qəbul olaraq beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. Qəbul imtahanında ən yüksək nəticə göstərdiyi üçün Prezident təqaüdünə layiq görülüb. 2009-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alıb, 2010-cu ildə siyasi elmlər üzrə magistr dərəcəsi alıb. 2011-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) elmi işçi və aparıcı elmi işçi vəzifəsində çalışıb, müxtəlif dövlət qurumları üçün analitik arayış və hesabatlara müəlliflik edib, bir sıra tədqiqat layihələrinin rəhbəri olub, beynəlxalq tədbirlərin ölkəmizdə təşkil olunmasını koordinasiya edib. SAM-ın ATƏT-in Beyin Mərkəzləri Şəbəkəsinə üzv qəbul edilməsi prosesinə rəhbərlik edib, 2014-2016-cı illərdə bu təşkilatın təmsilçisi olub və ATƏT-in 21-ci Nazirlər Şurası üçün hazırlanmış hesabata həmmüəlliflik edib. Həmçinin 2015-2017-ci illərdə SAM tərəfindən İstanbulda dərc edilən “Caucasus International” jurnalının baş redaktoru olub, 2016-2017-ci illərdə Bakı Dövlət Universitetinin “SABAH” qruplarında beynəlxalq münasibətlər üzrə dərs deyib. 2017-2023-cü illərdə Avstriyanın Vyana şəhərində yerləşən Mərkəzi Avropa Universitetində doktorantura təhsili alıb, təhsilini fərqlənmə diplomu (Summa Cum Laude) ilə bitirərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Doktorantura təhsili müddətində Avstriyada siyasi elmin tədqiqat və təhlil metodları və müqayisəli siyasət fənlərindən dərs deyib.

Təhsil illərində beyin mərkəzlərində konsultant-analitik kimi çalışıb

Təhsil illərində həmçinin Bakıda yerləşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Vaşinqtonda yerləşən Ceymstaun Fondu kimi beyin mərkəzlərində konsultant-analitik kimi çalışıb. 2014-cü ildə İtaliyada nəşr edilmiş “Xəzər şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi təhlil” kitabının redaktoru və həmmüəllifidir. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Rumıniyada dərc edilmiş elmi məqalə, kitab fəsilləri və təhlillərə müəlliflik edib, ölkə xaricində çoxsaylı konfranslarda çıxış edib.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatında kommunikasiya meneceri, ADA Universitetində “Qlobal siyasət”, "Dövlət və siyasət" fənlərini tədris edir.

“Yüksəliş” müsabiqəsində iştirak etmək qərarına gəldi

“Azərbaycana qayıtdıqdan sonra ölkə xaricindəki təhsilimdən və iş həyatımdan əldə etdiyim bilik və bacarıqlarımın hazırda ölkənin professional mühitində nə qədər rəqabətqabiliyyətli olduğu məni düşündürürdü. “Yüksəliş” müsabiqəsi əslində belə bir imkan təqdim edirdi. Bilirdim ki, ölkənin ən bacarıqlı, perspektivli gəncləri bu yarışmaya toplanacaqlar. Qərara gəldim ki, öz bilik və bacarıqlarımı onların bilik və bacarıqları, təcrübələri ilə müqayisə edim. Həmçinin düşünürdüm ki, mentorlardan, idarəedici rəhbərlərdən öyrənəcək çox şey var. Onlarla ünsiyyətdə olmaq, birlikdə çalışmaq bizə öz perspektivlərimizi genişləndirməyə, onların uzun illərdən bəri toplanmış təcrübə, bilik və bacarıqlarımızdan yararlanmağa kömək edəcək. Bütün bu məsələlər “Yüksəliş” müsabiqəsində iştirakıma qərar verməyimdə əsas rol oynadı.

“Yüksəliş” kifayət qədər enerji və diqqət tələb edən, bir neçə mərhələdən ibarət olan müsabiqədir. Özümü sınadım və qalib gəldim. Burada yalnız bilik yox, həm də səriştələr ölçülür. Yəni yumşaq bacarıqlar, komanda işi, kommunikasiya, nəticə yönümlülük, sosial məsuliyyətlilik... Bütün bunlar xüsusi olaraq bilik tələb etmir. Bu, həyat təcrübəmiz və professional karyeramız müddətində formalaşdırdığımız bacarıqlardır. İş həyatında da bunlar çox önəmlidir. Texniki biliklərə malik bir şəxs yaxşı işçi ola bilər. Amma yaxşı rəhbər olmaq üçün, həmçinin onu tamamlayan səriştələr – yumşaq bacarıqlar lazımdır”, - deyə Azad Qəribov qeyd edib.

Yaxşı rəhbər

Müsahibimiz deyir ki, iş yeri seçərkən, iki meyarı əsas götürüb: “Birincisi insanlara faydalı ola biləcəyim, onların həyatını yaxşılığa doğru dəyişə biləcəyim, ikincisi isə özümü inkişaf etdirə biləcəyim yerlərdə çalışmaq istəmişəm. Mənə görə yaxşı rəhbər komandanın potensialını maksium üzə çıxarıb ondan istifadə edə, onu inkişaf etdirə bilən şəxsdir. Hər bir əməkdaşı yaxşı tanımaq, ona işçidən əlavə insan kimi yanaşmaq lazımdır. Onların şəxsi professional inkişafına dəstək olmaq lazımdır”.

Uğura gedən yol

“Daim inkişaf etmək lazımdır. Daim öyrənmək lazımdır. Bu, yaşa, bilik və bacarıqlarımızın səviyyəsinə baxmır. Gənclərə tövsiyəm odur ki, uğurun kəsə yolunu axtarmasınlar. Əsas odur ki, məqsədyönlü olsunlar, məqsədlərinə görə davamlı olaraq irəliləsinlər, özlərinə inansınlar və daima özlərini inkişaf etdirsinlər. Bu yol onları uğura aparacaq”, - deyə müsabiqə qalibi fikrini yekunlaşdırıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc Tamaşaçılar Teatrının yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib  YENİLƏNİB 2 VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır VİDEO

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır VİDEO

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb