Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında Molla Pənah Vaqif obrazı...

Bakı, 15 noyabr, AZƏRTAC

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. Sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına əsasən öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını davam etdirirlər. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovdur. AZƏRTAC alimin növbəti yazısını təqdim edir.

Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun Vaqif obrazını yaratmaqla tədqiqatçılar, eləcə də oxucular üçün mənbə rolunu oynadı. Yusif Vəzir Çəmənzəminlinin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə çap olunan “İki od arasında” romanında M.P.Vaqiflə bağlı aşağıdakı məqamlar diqqət mərkəzində saxlanılmışdır:

1) Romanın əsas qəhrəmanlarından biri olan M.P.Vaqif yalnız şair kimi, özü də gözəllikdən ilham alan şair kimi səciyyələndirilməmiş, həm də Qarabağ xanlığında mühüm mövqeyi olan mahir bir siyasətçi, diplomat kimi xarakterizə edilmişdir.

2) M.P.Vaqif bir şair kimi nə qədər gözəlliyə bağlıdırsa, nə qədər həssas və xeyirxahdırsa, eşikağası kimi də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir.

3) M.P.Vaqifin şairliyi onun diplomat kimi fəaliyyətində köməyinə çatır. Yəni diplomat M.P.Vaqif şair M.P.Vaqifdən bəhrələnir. Şair M.P.Vaqifin həssaslığı və xeyirxahlığı diplomat M.P.Vaqifin məsuliyyətli, tədbirli və təəssübkeş olmasını tamamlayır. Təsadüfi deyil ki, M.P.Vaqif İrakli xanın sarayında keçirilən tədbirdə ona “padşah” deyil, “vali” kimi müraciət edir. Ona görə ki, Rusiyanın himayəsinə girmiş İrakliyə padşah demək İrana olan münasibəti pozmuş olardı. Nəticədə Qarabağ xanlığına ziyan gətirə bilərdi. Odur ki, şərq diplomatının, yəni M.P.Vaqifin bu ehtiyatlı hərəkəti Rusiya çarının nümayəndəsi Burnasov tərəfindən təqdir olunur, başqa sözlə, onu heyran edir.

4) M.P.Vaqifin eşikağası kimi əsas missiyası bunlardan ibarətdir: Qarabağ xanlığının müstəqilliyinə nail olmaq, qonşu ölkələrlə əlaqəni genişləndirmək, Qarabağ xanlığının inkişafını mütərəqqi istiqamətə yönəltmək, mühafizəkar İranla müqayisədə Rusiyanı daha etibarlı himayədar hesab etmək və s. Ancaq M.P.Vaqif Rusiyanın himayəsinə keçməklə Qarabağ xanlığının müstəqilliyini də məhdudlaşdırmaq istəmirdi. M.P.Vaqif Qarabağ xanlığının müstəqilliyini məhdudlaşdırmaqla heç cür barışmırdı.

5) Y.V.Çəmənzəminli M.P.Vaqifi xalqa yaxın, uzaqgörən diplomat kimi səciyyələndirirdi. O, M.P.Vaqifi sarayda xalqın təmsilçisi kimi, xalq müdrikliyinin təcəssümü kimi xarakterizə edirdi.

6) Y.V.Çəmənzəminli Mirzə Camal Cavanşirin Qarabağ tarixinə dair yazdığı əsəri nadir əsər hesab edir. Bu əsəri Vaqifin tərcümeyi-halını öyrənmək üçün mötəbər mənbə kimi qiymətləndirir. Y.V.Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” məqaləsində yazır: “Mirzə Camalın Qarabağ tarixinə dair yazdığı əsər də nadir olaraq ələ keçməyən və yanlış təfsirə uğrayan materialdan biridir. Bu kitab Vaqifin tərcümeyi-halını öyrənmək üçün ən mötəbər mənbə sayılır”.

7) Y.V.Çəmənzəminli M.P.Vaqifin tərcümeyi-halını öyrənmək üçün mötəbər mənbə sayılan Mirzə Camal Cavanşirin Qarabağ tarixinə dair əsər yazmasının hansı məqsəd daşımasını da onun sözləri ilə verir. Daha doğrusu, Mirzə Camal Cavanşirin öz kitabının müqəddiməsində bu barədə yazdığını təqdim edir. Yəni Mirzə Camal Cavanşirin kitabı nə məqsədlə yazdığını diqqət mərkəzində saxlayır. Bu mənada Y.V.Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” məqaləsində Mirzə Camal Cavanşirin Qarabağ tarixinə dair əsəri nə məqsədlə yazdığını olduğu kimi verir. Kitabın müqəddiməsindən aşağıdakı məsələlər bəlli olur:

a) Məlum olur ki, Qarabağ tarixi ilə bağlı kitabın müəllifi Mirzə Camal Cavanşirdir.

b) Mirzə Camal Cavanşirin kimliyi barədə müəyyən qədər məlumat əldə olunur. Məlum olur ki, Mirzə Camal Cavanşir Qarabağa aid müxtəlif məlumatları bu işdən xəbərdar olanlardan, qocalardan toplayıb və həqiqəti meydana çıxarmaq istəyibdir.

c) Mirzə Camal Cavanşir əlli il müddətində İbrahim xana, Mehdiqulu xana Qarabağda mirzəlik edibdir. O, Qarabağda vəzirlik etdikdən sonra bir müddət Rusiya dövlətinə sədaqətlə xidmət etmişdir. 1847-ci ildə Qafqazın sərdarı qraf Mixail Voronsovun buyruğuna, əmrinə əsasən Qarabağa, eləcə də Pənah xana, İbrahim xana, Mehdiqulu xana dair məlumatları toplamış, müqəddimədən, 26 fəsildən və xülasədən ibarət kitab yazmışdır. Yazdığı bu kitabı qraf Mixail Voronsova təqdim etmişdir.

8) Mirzə Camal Cavanşir öz kitabında Molla Pənah Vaqifin kimliyi barədə də yazıb. Onun Molla Pənah Vaqifin kimliyi barədə yazdıqlarını Yusif Vəzir Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” məqaləsində belə verir: “Molla Pənah bir sahib kamal və müdəbbir (tədbirli, uzaqgörən - B.X.) və təcrübəkar və xoşgöftar (şirin danışan - B.X.) adam idi. Və özü dəxi İbrahim xanın vəziri və çox mötəmədidi ki, hər ümur-hökumətdə (hökumətdə işlər, əmrlər - B.X.) Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və ona yaxşı inanıb etimad etmişdi ki, övladından artıq onun xatirini mənzur edərdi və ona çox-çox hörmətlər edib ixtiyari-külli vermişdi. Xan Dağıstana və Car və Balakənə gedən vaxtda Molla Pənah çün muğanlı Cəmil ağanın ittifaqı ilə ki, Təklə muğanlı həm əslən qədim Qazax elindəndirlər, ikisi Tiflis canibinə (tərəfə - B.X.) getmişdilər, oradan Qarabağa müavidət (qayıdış, qayıtma - B.X.) edən zamanda və yainki bir rəvayətdə Qarabağda Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm (niyyət, məqsəd - B.X.) etdiyi halda Gəncənin dağlarının həvalisində (ətrafında - B.X.) Gəncə hakimi Cavad xan onu özünə olan sovqat (qabağına qatma, aparma - B.X.) bilib tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirməyə şövqmənd (şövqlü, həvəsli, arzulu - B.X.) var idi...” Molla Pənah Vaqifin kimliyi ilə bağlı bu qeyd olunanları belə ümumiləşdirmək olar:

a) Molla Pənah Vaqif ağıl, kamal sahibi, tədbirli, uzaqgörən, şirin danışan bir adam olmuşdur.

b) Molla Pənah Vaqif İbrahim xanın vəziri olmuş, ona böyük etimad edilmiş, hökumətdəki hər bir iş, əmr onun tədbiri və müşavirəsi ilə həyata keçirilmişdir. İbrahim xan Molla Pənah Vaqifə etibar etmiş, ona inanmış, böyük hörməti göstərmiş, övladından çox xatirini istəmiş, külli ixtiyar vermişdir.

c) Ağa Məhəmməd şah Qacar çoxdan Molla Pənah Vaqifi qətlə yetirməyə şövqlü, həvəsli olmuşdur. Odur ki, İbrahim xan Dağıstana, Car və Balakənə gedən vaxt Molla Pənah Vaqif əslən Qazağın Təklə Muğanlısından olan Cəmil ağa ilə birlikdə Tiflisə getmişdir. Başqa bir rəvayətə görə, Ağa Məhəmməd Şah Qacarın qorxusundan Tiflisdən qayıdarkən, digər bir rəvayətə görə, yenə də Ağa Məhəmməd Şah Qacarın qorxusundan İbrahim xanın dalınca gedərkən Gəncə dağlarının ətrafında olur və bu zaman Gəncə xanı Cavad xan onu tutub özü ilə Ağa Məhəmməd şah Qacarın hüzuruna gətirir.

9) Daha sonra Molla Pənah Vaqifin kimliyi ilə bağlı Y.V.Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” məqaləsində Mirzə Camal Cavanşirə istinad edir. Onun istinadını belə ümumiləşdirmək olar:

a) Dustaq əsir olan Molla Pənah Vaqifi ömrünün sonuna iki saat qalmış Şuşa qalasına gətirirlər. Məhəmməd Həsən ağanın evində özünə mənzil yeri seçən Ağa Məhəmməd şah Qacara Molla Pənah Vaqifin dustaq olduğunu deyirlər. Məhəmməd şah Qacar deyir ki, onu (yəni Molla Pənah Vaqifi) bu gecə yaxşı mühafizə edin, sabah ona elə bir siyasət edim ki, ibrətli idarəedən olsun. Elə bu dəmdə qapıda Ağa Məhəmməd şah Qacar əlləri bağlı olan dustağı (Vaqifi) görür və soruşur ki, bu kimdir? Ona deyirlər ki, bu eşitdiyiniz Molla Pənah Vaqifdir.

b) Ağa Məhəmməd şah Qacar Molla Pənah Vaqifi görən kimi onu söyür və məzəmmət edir. Molla Pənah Vaqif isə deyir ki, siz İranın padşahısınız, sizə nəzakətsiz davranmaq yaraşmır. Dustaq, əsir adamlara söyüş kəlmələrini, hədyan sözləri işlətmək sizə layiq deyil. Siz gərək əsir, qorxaq adamlara lütf edəsiniz, onları bağışlayasınız. Nəinki onlara qəzəblənib dilazarlıq edəsiniz. Molla Pənah Vaqifin Ağa Məhəmməd şah Qacara ölçülü-biçili fikir söyləməsi onun diplomat olmasından, həm də şairliyindən irəli gəlir.

Ağa Məhəmməd şah Qacar Molla Pənah Vaqifin sözlərindən mütəəssir olmur, əksinə söyüş və hədyan sözlərini davam etdirir. Bu mənada Y.V.Çəmənzəminli Mirzə Camal Cavanşirə istinad edərək yazır: “Məhəmməd Hüseyn xan bu günə kəlimatdan heç bir mütəəssir olmayıb yenə föhş və hədyana ziyada başladı. Axund “hər ki dəst əz çan bişuyəd, hər çi dər dil darəd biquyəd” (Candan ümidini kəsən adam ürəyində nə varsa söylər) məzmununa görə dəxi qərar etməyib haman xanın cavabını dəxi ziyadə föhşkarlıq və dürüst köftarlıq edib dedi: “Ey xaninanəcib, qəzayi-sübyanı və dövri-zamanı və müqəddimeyi-fərdanı sən nə bilirsən. Bəlkə sabah şah və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bir xeyri-təriq-yol gedəcəkdir. “Şəb ahistənəst, to çi zayəd bəruz”. Buradan aydın olur ki, Ağa Məhəmməd şah Qacarın söyüşləri müqabilində Molla Pənah Vaqif deyir ki, ey nanəcib xan, səhərin hadisəsini, keçən günləri, zəmanəni, sabahı, gələcəyi sən nə bilirsən. Molla Pənah Vaqif Ağa Məhəmməd şah Qacara deyir ki, bəlkə sabah fələyin rəftarı və Allahın yazısı ilə bir xeyir, bir yol açılacaqdır: Gecə hamilədir, görək gündüz nə doğacaqdır. Molla Pənah Vaqifin Ağa Məhəmməd şah Qacara dediklərini Mirzə Camal Cavanşirə istinad etməklə Yusif Vəzir Çəmənzəminli yazır: “Mən əgər dustağam, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə asib (bəla, müsibət - B.X.) yetirə biləsən. Həmin bu günə göftar (söhbət -B.X.) və rəftar məhz sənin nanəcib və nəqabilliyindən nişanədir. Haqq-təala kərimdir, türklər məsəlidir ki, mıxı mismar elədi”. Beləliklə, “mıxı mismar eləmək” ifadəsinin açımı və Ağa Məhəmməd şah Qacarın ölümü məsələsinin aydınlaşdırılması da maraq doğurur. Bu barədə Y.V.Çəmənzəminlinin “Molla Pənah Vaqif haqqında” məqaləsində yazılır: “Pəs, təqdiri-qəza bir tövr oldu ki, gecə şahı qətlə yetirdilər. Molla Pənah salamat qaldı. Mirzə Camalın “mıxı mismar elədi” - deyə türk məsələsinə işarə etməsi aydınlaşdırılmalıdır. Qarabağda mismar mıxın böyüyünə deyirlər. Bu mıx-mismar məsələsinin tarixçəsi belədir: Ağa Məhəmməd şah Şuşanı aldıqdan sonra bir çox adam həbs etdirmişdi. Şahın əmrinə görə həbsdəkilərin başı kəsilib onlardan bir minarə yapılmalı imiş. Dəmirçilər səfərbərliyə alınıb mıx qayırmaqla məşğul imişlər. Gecə sabaha qədər lazımi miqdarda mıx hazır olmasa imiş dəmirçilərin də başı kəsiləcəkmiş. O gecə şahı öldürürlər, dəmirçilərə xəbər gedir ki, mıx lazım deyil, şahın tabutu üçün bir neçə mismar lazımdır. Təhlükədən qurtaran dəmirçilərdən birisi: “Ey mıxı mismara döndərən Allah” - deyə sevincini ifadə edir. Bu sözlər məsəl olaraq xalq arasında indi də qollanır”.

10) Y.V.Çəmənzəminli Molla Pənah Vaqifin ölümü məsələsinə də aydınlıq gətirir. O, Mirzə Camala istinad edir. “Molla Pənah Vaqif haqqında” məqaləsində Molla Pənah Vaqifin ölümü məsələsi barədə Mirzə Camalın yazdıqlarını belə verir: “Molla Pənahın bir yaxşı cəmilə və gözəl və məşhurə övrəti var idi ki, çox sahib camal və şöhrətli Məhəmmədbəy dəxi onun hüsn və camalını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə və axund qoca və piranə idi və əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoşəndam və kamal və fərasət və padşah xəzinəsinin əlində olmağı və cavan oğlanlığı övrəti dəxi ziyadə əlaqələndirmişdi. Övrət Məhəmmədbəyə demişdi ki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ olsa, mən şərən sənə gedə bilmənəm. Bir səbəb bu idi və bir dəxi qeyri bir para adamlar özlərinin səlahiyyətdarlığı üçün Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəmmədbəy Molla Pənah axundu öldürə və o səbəbə İbrahim xandan uzaq ola və onlar da Məhəmmədbəyin hüzurundan sahibkar və nəfibərdar olalar ki, rəşid və kəramət adamıdır və xəzinə sahibi və hünərmənd kimsədir, onları mühafizət edə, xoş geçələr. Qərəz, hər hal ilə Məhəmmədbəyin əmri və izin və işarəsilə Molla Pənah axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”. Deməli, Molla Pənah Vaqifin özündən cavan övrətinin Məhəmmədbəylə yaxın əlaqəsi olmuşdur. Məhəmmədbəylə Molla Pənah Vaqifin övrətinin əlaqə qurmasının müəyyən səbəbləri də varmış: Məhəmmədbəyin rəşadəti, şücaəti, görkəmi, ağlı, kamalı, fərasəti, cavanlığı, padşah xəzinəsinin onun əlində olması və s. Ancaq Mirzə Camalın qeyd etdiyi kimi, Molla Pənah sağ olduğu üçün onun övrəti Məhəmmədbəyə ərə gedə bilməmişdir. Bu səbəb və digər səbəblər Məhəmmədbəyi təhrik etmişdir ki, o, Molla Pənah Vaqifi öldürsün. Görünür ki, Molla Pənah Vaqifə paxıllıq edən, qısqanan adamlar da onun öldürülməsinin tərəfində olmuşlar. Bununla da Məhəmmədbəyin ətrafında xoş gün keçirmək istəyi ilə öz şəxsi məqsədlərini güdmüşlər.

Yusif Vəzir Çəmənzəminli Mirzə Camalın verdiyi məlumata əsaslanaraq yazır ki, Məhəmmədbəy İbrahimxanın qardaşı Mehralıbəyin oğlu olmuş və Ağa Məhəmməd şah Qacarın yanında olduğundan şah öldürüldükdən sonra hakimiyyəti əlinə keçirmişdir. Yenə də Mustafa Camala əsaslanaraq Yusif Vəzir Çəmənzəminli yazır: “Sonra (Məhəmmədbəy Qarabağ hakimiyyətini əlinə keçirdikdən sonra - B.X.) Şəki hakimi Mustafa xanın dövlətinə aldanıb Şəkiyə gedir və orada öldürülür. Aralarında köhnə qanlılıq varmış. Məhəmmədbəyə ərə gedən Vaqifin arvadı da Şəkidə imiş. Sonra Sarıcalı Hadibəyə ərə gedir. Hadibəyi çapavulda öldürürlər. Arvad Mustafabəyə ərə gedir. Mustafa xandan iki oğlu olur, sonra Mustafa xan onu boşayır. Arvad Qarabağa dönür və mayor İmamqulu ağaya ərə gedir... Vaqifin arvadı səksən ildən çox yaşamışdır”.

10) Yusif Vəzir Çəmənzəminli Molla Pənah Vaqifin siyasət adamı, diplomat kimi fəaliyyəti ilə bağlı məlumat da əldə etmişdir. O, məlumat əldə edərkən Mirzə Camalın yazdıqlarından faydalanmışdır. Yusif Vəzir Çəmənzəminli Molla Pənah Vaqifin siyasi siması barədə yazır: “Molla Pənahın siyasi simasına gəldikdə, buna dair də Mirzə Camal qiymətli məlumat verir. Qarabağ sarayının çar hökuməti ilə xoş keçinmək istəməsi aydınca görünür. Bunun başlıca səbəbi İran xanlarının Qafqaza hücumu, xalqı qırmağı, işdən avara qoyub, aclığa salması ilə izah olunur. Buna istinadən istər Mirzə Camal, istərsə Molla Pənah İran hökumətinə qarşı zidd bir vəziyyət alırlar. O zaman general Zubovun komandasında olan rus ordusu Şamaxı şəhərini işğal etmişdi. İbrahim xan oğlu Əbülfət xan başda olmaqla bəyzadələrdən mütəşəkkil bir heyəti hədiyyələrlə bərabər Zubovun yanına göndərmişdi. Bundan sonra Peterburq sarayı ilə Qarabağ sarayı arasında sıx bir əlaqə başlamışdı. Çariça Yekaterina da İbrahim xana hədiyyələr göndərdi. Təbiidir ki, Vaqif də unudulmadı, “Bir mürəsse cəvahirli əsa dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi...” Yusif Vəzir Çəmənzəminlinin Mirzə Camaldan qaynaqlanaraq yazdığında bir neçə vacib məsələ də aydınlaşdırılır. Həmin vacib məsələlər sırasında Molla Pənah Vaqifin siyasi simasının verilməsi, Qarabağ xanlığının çar hökuməti ilə xoş münasibətdə olması, Peterburq sarayı ilə Qarabağ sarayı arasında sıx əlaqənin olması, çariça Yekaterinanın İbrahim xana, o cümlədən Molla Pənah Vaqifə hədiyyələr göndərməsi və s. Onu da qeyd edək ki, Mirzə Camal Cavanşirin Molla Pənah Vaqif barədə verdiyi məlumat Yusif Vəzir Çəmənzəminlini razı salır. Bununla yanaşı, o, Molla Pənah Vaqiflə bağlı bir sıra məsələlərin arxiv materiallarından öyrənilməsini vacib sayır. Bu mənada Yusif Vəzir Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” məqaləsində yazır: “Mirzə Camalın Vaqifə dair verdiyi məlumatı oxucularımıza təqdim etdim. Lakin bu məlumatı kafi görmürəm. Vaqif haqqında çox yazmaq olar. Bu məsələnin həllini ədəbiyyatçılarımıza tərk edirəm. Məncə, Vaqifi dövrü ilə bərabər qavramaq üçün dərin bir tədqiqat lazımdır. Adolf Berjenin topladığı qalın cildlər, rus müəlliflərinin Qafqaz istilasına dair yazdıqları tarixi əsər və xatirələr, İran müəllifləri... tamamilə tədqiq olunmamış qalır. Vaqifin Tiflisə getməsi, Yekaterinanın İbrahim xana və Vaqifə hədiyyə göndərməsi şübhəsiz ki, Tiflis və Leninqrad arxivlərinin materiallarında iz buraxmışdır. Bunları tapıb meydana çıxarmalıdır. Bu sahədə tarixçilərimiz və ədəbiyyatçılarımız əl-ələ işləməlidirlər”. Göründüyü kimi, Molla Pənah Vaqiflə bağlı, ümumiyyətlə, vaqifşünaslıqla bağlı görüləcək işlər də Yusif Vəzir Çəmənzəminli tərəfindən ədəbiyyatşünasların və tarixçilərin diqqətinə çatdırılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO