“Yuventus” ardıcıl 9-cu dəfə İtaliya çempionu olub
Bakı, 27 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 26-da futbol üzrə İtaliya A Seriyasında 36-cı turun son oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Turindəki "Alyans Arena"da "Yuventus" klubu “Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 45+7-ci dəqiqədə Kriştianu Ronaldu açıb. Oyunun 67-ci dəqiqəsində isə Federiko Bernardeski yekun nəticəni müəyyənləşdirib. Qarşılaşmanın 77-ci dəqiqəsində "Sampdoriya"dan Morten Torsbi ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Matçın 89-cu dəqiqəsində isə Ronaldu penaltidən yararlana bilməyib. Onun zərbəsi qapı tirinə tuş gəlib. Hazırda aktivində 31 qolu olan portuqaliyalı hücumçu bombardirlər siyahısında lider Çiro İmmobiledən 3 top geri qalır.
Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olaraq, rekordunu yeniləyib.
"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi adına sahib çıxıb. Sarri 61 yaşında ikən bu nailiyyətə imza atıb. Daha əvvəl isə Nils Lidholm 1983-cü ildə "Roma"da ikən 60 yaşında çempionluq əldə etmişdi.
"Sampdoriya" isə hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]