“Yuventus” klubundan 408 milyon avroluq yeni müqavilə
Bakı, 22 dekabr, AZƏRTAC
İtaliyanın “Yuventus” klubu məşhur idman geyimi və ləvazimatları istehsalçısı “Adidas” şirkəti ilə sponsorluq müqaviləsinin müddətini 2027-ci il iyunun 30-dək uzadıb. Müqaviləyə əsasən, “Adidas” şirkəti 2027-ci ilə qədər hər mövsümdə Turin təmsilçisinə 51 milyon avro ödəyəcək. Bu müqavilə ilə səkkiz mövsüm ərzində “Yuventus” klubunun ümumi qazancı 408 milyon avro olacaq.
AZƏRTAC İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” idman nəşrinə istinadla xəbər verir ki, bu barədə “Yuventus” klubu açıqlama yayıb.
Müqavilədə, həmçinin dekabrın 31-dək “Adidas”ın bonus kimi kluba 15 milyon avro ödəməsi də nəzərdə tutulub.
“Yuventus” klubu “Adidas” şirkəti ilə sponsorluğa dair əməkdaşlığa 2015-2016-cı il mövsümündə başlayıb. Həmin müqavilə 2021-ci il iyunun 30-dək əməkdaşlığı nəzərdə tutur. Yeni müqavilə 2019-2020-ci il mövsümündən etibarən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]