ZAQATALADA BAYRAM ŞƏNLİYİ KEÇİRİLİB
“Günəşdən gənclik istədim” mövzusunda keçirilən bayram şənliyində çıxış edənlər əlamətdar gün münasibətilə rayon gənclərini təbrik etmiş, onlara xoş arzularını bildirmişlər. Bayram şənliyinin sonunda 2005-ci ilin yekunlarına görə, idman, təhsil və digər sahələrdə fərqlənən bir qrup gəncə rayon icra hakimiyyəti və gənclər və idman idarəsi adından fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Mükafatlandırılan gənclər arasında yeniyetmə cüdoçular, dünya kubokunun sahibləri Orxan Acırqayev və Rəşid Məmmədov, respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibi Turanxanım Məmmədova, mədəniyyət evinin “Qala” instrumental ansamblının üzvlərinin də adları vardır.
Həmin gün rayonun digər yaşayış məntəqələrində də bayram şənlikləri davam etdirilmiş, Fındıqlı kəndində və rayon mərkəzində isə mini futbol və cüdo üzrə rayon birincilikləri keçirilmişdir.