ZAQATALADA ŞAHMAT ÜZRƏ RESPUBLİKA OLİMPİADASI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşa qədər yeniyetmələr arasında şahmat üzrə Respublika Olimpiadasına start verilmişdir. 10 gün davam edəcək bu yarışlarda respublikanın 32 şəhər və rayonunun 42 komandasını təmsil edən 285 oğlan və qız mübarizə aparır.
Yarışların rəsmi açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov idmançıları salamlamış, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı xidmətlərindən danışmış, hazırda bu siyasətin dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Regionlarda keçirilən respublika səviyyəli yarışların, turnirlərin idmanın kütləviliyinin artmasına və inkişafına böyük təkan verdiyini bildirən natiq şahmat üzrə respublika olimpiadasının dalbadal ikinci dəfə Zaqatala şəhərində keçirilməsini çox yüksək qiymətləndirmiş, idmançılara uğurlar arzulamışdır.
Mərasimdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov çıxış edərək yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Qonaqlara hədiyyələr təqdim olunmuşdur.
Daha sonra yarışlara start verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]