Zəfər Qurbanov: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla həyata keçirilir VİDEO
Göygöl, 22 iyun, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində ölkəmizdə bir çox tədbirlər uğurla həyata keçirilir. Göygöldə keçirilən “Qərbi Azərbaycan irsi - Tarixi köklərə qayıdış” festivalı da belə tədbirlərdəndir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov deyib.
“Bu kimi festivalların məqsədi Qərbi Azərbaycan irsinə, mədəniyyətinə, zəngin tarixinə həm nəzər salmaq, həm də Qərbi azərbaycanlıların, xüsusilə də gənc nəslin yaddaşını yeniləməkdir. Biz inanırıq ki, soydaşlarımız yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə öz dədə-baba torpaqlarına qayıdacaqlar,” – deyə Zəfər Qurbanov deyib.