ZƏRDAB PAMBIQÇILARI ÖTƏNİLKİ GÖSTƏRİCİNİ XEYLİ ARXADA QOYMUŞLAR
Zərdab Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Tofiq Abdullayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ötən il 3 min 200 ton pambıq istehsal edən torpaq mülkiyyətçiləri bu il əkin sahələrini 2 min 200 hektara çatdırmış, bol məhsul yetişdirmişlər. İndiyədək tarlalardan 4 min 316 ton məhsul yığılmışdır ki, bu da ötən illə müqayisədə 1116 ton çoxdur. Rayonun İsaqbağı, Bıçaqçı, Gödəkqobu, Məmmədqasımlı kəndlərinin pambıqçıları daha yüksək nəticələrə nail olmuşlar. Ayrı-ayrı ərazilərdə məhsul tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]