Zərdabda 56 aztəminatlı ailə xeyriyyə aksiyasından yararlanıb
Zərdab, 13 aprel, AZƏRTAC
Zərdab rayonunda koronavirus pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi günlərində təşkil olunan “Biz birlikdə güclüyük” xeyriyyə aksiyasından xeyli sakin yararlanıb.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xeyriyyə aksiyası karantin rejimində aztəminatlı ailələrə maddi və mənəvi dəstək məqsədi ilə kecirilir. Təkcə ötən gün daha 8 nəfər bu nəcib məqsəd daşıyan aksiyadan yararlanıb. Ümumiyyətlə “ Biz birlikdə güclüyük” xeyriyyə aksiyası çərçivəsində rayonda 56 aztəminatlı ailə ərzaq məhsullarından ibarət yardım alıb.