Zərgərlərə peşə ixtisasını təsdiq edən sənəd təqdim olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyi ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilən, formal təhsilə çıxış imkanı olmayan vətəndaşların zərgər peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra onlara sertifikat verilib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ölkəmiz üçün qeyri-formal təhsilin əhəmiyyəti, görülən işlər və işəgötürmə prosesindən, TKTA tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışıb.
Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə sertifikatlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [11:04]