Zeynəb Məmmədyarova şahmat üzrə Azərbaycan çempionatında məğlubiyyətsiz irəliləyir
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən çempionatın əvvəlki üç turunda qələbə qazanan Zeynəb Məmmədyarova məğlubiyyətsiz irəliləyir və turnir cədvəlinin lideridir. Aktivində 2,5 xal olan Günay Məmmədzadə ikinci pillədə qərarlaşıb. Səmra Qasımova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva, Gövhər Beydullayeva, Aydan Höcətova, Gülnar Məmmədova hərəyə 2 xal qazanıblar.
Doqquz turdan ibarət çempionata fevralın 12-də yekun vurulacaq.