Zoologiya İnstitutunun əməkdaşları Lənkəran və Yardımlı rayonlarında ekspedisiyada olublar
Bakı, 8 iyun, AZƏRTAC
Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları - baş elmi işçi Natalya Sneqovaya, aparıcı elmi işçilər Gülər Hüseynzadə, İlhamə Kərimova Lənkəran və Yardımlı rayonlarında ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində Lənkəran rayonunun Daştatük, Yardımlı rayonunun Çayüzü, Deman, Daşkənd, Arvana kəndlərindən materiallar toplanıb.
“Qırmızı kitab”a düşmüş növlərdən Yardımlı rayonunda “Orthoptera - Bradyporus latipes” çəyirtkəsi, Lənkəran rayonunda isə “Cerambycidae - Morimus verecundus” uzunbığ böcəyi qeydə alınıb.