İDMAN
Zoran Lazareviç: Festivalın bayram ab-havasını özümlə vətənimə aparacağam
Bakı, 27 iyul, AZƏRTAC
Bu turnirdə komandamızın iştiraki çox müsbət haldır. Çünki bu, komandamız üçün böyük təcrübədir.
Festivalın bayram ab-havasını özümlə vətənimə aparacağam. Azərbaycan xalqını bu mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə təbrik edirəm. Azərbaycan möhtəşəm ölkədir, bunu sözlə ifadə etməyə çətinlik çəkirəm.
Bu fikri kişi həndbolçulardan ibarət Serbiya milli komandasının baş məşqçisi Zoran Lazareviç AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: “Azərbaycan və Serbiya arasında sıx münasibətlər var. İki ölkə arasında mədəniyyət sahəsində də oxşarlıq çoxdur. Yarışların keçirildiyi bu bir həftə ərzində zərrə qədər darıxmadım. Bizə yaradılan şərait üçün həm komandamız, həm də federasiyamız adından minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Serbiya milli komandasının baş məşqçisi Zoran Lazareviç oyundan sonra təşkilatçıların mikrofonunu götürərək bütün azarkeşlərə və Azərbaycan xalqına təşəkkürünü bildirib.