“ExxonMobil”: 2040-cı ildə planetdə enerjiyə olan tələbat 65 faiz artacaq

29.04.2015 [19:29]
Azərbaycanın Energetika Nazirliyində “ExxonMobil” şirkətinin “Energetika üzrə proqnoz: 2040-cı ilə baxış” hesabatı təqdim edilib, dünyada enerji ehtiyatlarının balansı, onların mövcud vəziyyəti və istifadə perspektivləri, coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu barədə geniş məlumat verilib ...

“Cənub” ES üzrə ötən ay 433,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

28.04.2015 [13:51]
“Cənub” elektrik stansiyasında (ES) ötən ay 433,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu ilin birinci rübündə isə stansıyada 1 milyard 225,3 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb. ...

Moskvada keçirilən “Xəzər dialoqu- 2015”də Azərbaycanın Xəzər regionundakı rolundan danışılıb

25.04.2015 [17:43]
Azərbaycanın Energetika Nazirliyinin enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin böyük məsləhətçisi Otel Hüseynov Rusiya Ticarət-Sənaye Palatasının təşkilatçılığı ilə Moskvada keçirilmiş “Xəzər dialoqu- 2015” Beynəlxalq İqtisadi Forumda iştirak edib. Forumda ...

Azərbaycan ilə Əlcəzair arasında birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var

23.04.2015 [17:57]
Azərbaycan ilə Əlcəzair arasında energetika, sənaye və investisiya qoyuluşu sahələrində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün böyük imkanlar var. Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 23-də Azərbaycanın energetika naziri Natiq Əliyev ölkəmizdə səfərdə ...

Azərbaycanla Əlcəzairin energetika sektorunda birgə əməkdaşlığı üçün böyük imkanlar var

22.04.2015 [21:18]
Azərbaycanla Əlcəzairin energetika sektorunda birgə əməkdaşlığı üçün böyük imkanlar mövcuddur. Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov ölkəmizdə səfərdə ...

“Abşeron” elektrik şəbəkəsində təmir-bərpa və yenidənqurma işləri aparılır

22.04.2015 [13:57]
Bu ilin birinci rübündə “Abşeron” Regional Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan yarımstansiyalarda təmir işləri yerinə yetirilib. “Azərenerji” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, 220 kilovoltluq (kV) “Müşviq” ...

Natiq Əliyev: Enerji hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amildir

22.04.2015 [13:42]
Enerji hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amildir. AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın paytaxtı Cakartada ...

Azərbaycanın energetika naziri Dünya İqtisadi Forumunda iştirak edir

20.04.2015 [18:22]
Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın paytaxtı Cakartada keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə bu ölkədə rəsmi səfərdədir. Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib ...

“Səngəçal” elektrik stansiyasında ötən ay 100,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

20.04.2015 [13:06]
“Səngəçal” elektrik stansiyasında ötən ay 100,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu ilin birinci rübündə isə burada istehsal 296,4 milyon kilovat-saata yaxın olub. “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansıyada ...

Azərbaycan ilə İtaliya arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var

16.04.2015 [18:45]
Azərbaycanın energetika naziri Natiq Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə aprelin 16-da keçirdiyi görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi və hər iki ölkənin əməkdaşlığının ...

Bakıda günəş enerjisinin istehsalı üzrə beynəlxalq konfrans keçirilir

16.04.2015 [15:04]
Aprelin 16-da Bakıda Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) rəsmi dəstəyi və “IBCentre” şirkətinin təşkilatçılığı ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin ...

Pirallahı və Çilov adaları arasında külək elektrik stansiyaları quraşdırılacaq

16.04.2015 [14:30]
Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyaları quraşdırılacaq. Həmin estakadalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) texniki bazası hesabına inşa ediləcək ...

Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri potensialına görə regionda ən yüksək imkanlara malikdir

16.04.2015 [13:53]
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri potensialına görə regionda ən yüksək imkanlara malikdir. Hazırda respublikada potensial günəş enerjisinin gücü 5 min meqavatdan, külək enerjisinin potensialı isə 4 min 500 meqavatdan çoxdur ...

Bakıda günəş enerjisinin istehsalı üzrə beynəlxalq konfrans və ixtisaslaşmış sərgi keçiriləcək

14.04.2015 [13:03]
Aprelin 16-17-də Bakıda Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) rəsmi dəstəyi və “IBCentre” şirkətinin təşkilatçılığı ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi ...

“Energetiklər şəhəri” mötəbər yarişlara hazırlaşır

12.04.2015 [07:43]
İyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı, Mingəçevir də ev sahibliyi edəcək. Bununla əlaqədar şəhərdə genişmiqyaslı hazırlıq işləri aparılıb. ...

Prezident İlham Əliyev: Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq

11.04.2015 [12:36]
Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq. “Azərişıq” qurumu yaradılmışdır. “Azərişıq” “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında qurulubdur və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır ...

“Azərbaycan” İES-də yekunlar uğurludur

09.04.2015 [19:01]
Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası sayılan “Azərbaycan” İES cari ilin I rübünü də diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatdırıb. “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İES-də ötən ay 736,3 milyon kilovat-saata yaxın, bu ilin I rübündə ...

Dünyada bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi artır

07.04.2015 [19:24]
2014-cü ildə bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi 17 faiz artaraq 270 milyard dollar təşkil edib. Bütün maliyyə yatırımlarının çoxu günəş və külək energetikası müəssisələrinə cəlb olunub. AZƏRTAC BMT Radiosuna istinadla xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının ...

Azərbaycanda 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

06.04.2015 [14:36]
Cari ilin mart ayında ölkə enerji sistemində 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. ...