İsrailin Azərbaycandakı səfiri cənub bölgəsinə səfəri çərçivəsində Lerik rayonunda olmuşdur

15.05.2014 [20:45]
İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın başçılıq etdiyi nümayəndə heyəti cənub bölgəsinə səfəri çərçivəsində mayın 15-də Lerik rayonuna gəlmişdir. AzərTAc xəbər verir ki, qonaqlar rayon tarix-diyarşünaslıq və “Uzunömürlülər” muzeylərinə baş çəkmiş, rayon mədəniyyət evində açılmış sərgi, eləcə də rayon mərkəzi xəstəxanası və Zuvand ərazisinin təbiəti ilə tanış olmuşlar ...

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir

15.05.2014 [20:42]
Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə baxılacaqdır ...

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcəkdir

15.05.2014 [20:38]
Mayın 16-da Estoniyanın paytaxtı Tallində Baltik Assambleyasının təşkilatçılığı ilə “Nəqliyyatın və infrastrukturun inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli tədbirdə iştirak edəcəkdir. Konfransda Baltik dəmir yolunun inkişaf dəhlizi, regional yol infrastrukturu, Baltik dövlətləri ...

“Грузия Online” portalında ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Batumidə keçirilmiş tədbir haqqında yazı yerləşdirilmişdir

15.05.2014 [20:31]
Gürcüstanın “Грузия Online” portalında ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Batumidə keçirilmiş tədbir haqqında yazı yerləşdirilmişdir. Yazıda Azərbaycanın Batumidəki baş konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Acarıstan Muxtar Respublikasının yüksək səviyyəli rəsmilərinin iştirak etdikləri bildirilir ...

Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

15.05.2014 [20:16]
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mayın 15-də Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard təşkilatın tarixi barədə qısa məlumat vermişdir. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf tarixindən danışmışdır ...

Türkiyənin Manisa şəhərindəki kömür mədənində baş vermiş qəzada həlak olanların xatirəsi Naxçıvanda anılmışdır

15.05.2014 [19:37]
Qardaş Türkiyənin Manisa şəhərindəki kömür mədənində baş vermiş qəza çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnmişdir. Bununla əlaqədar Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulluğunda anma mərasimi keçirilmiş, “Xatirə kitab”ı açılmışdır ...

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılacaqdır

15.05.2014 [19:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalamışdır. Fərmanda deyilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən ...

Azərbaycanın xarici işlər naziri Finlandiyanın sabiq Prezidenti ilə görüşmüşdür

15.05.2014 [19:00]
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı, eləcə də ...

Rikardo Miqliori: İnsanların doğma yurd-yuvalarından didərgin düşmələri birbaşa onların hüquqlarının pozulmasına aid məsələdir

15.05.2014 [18:32]
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikardo Miqliori ilə görüşmüşdür ...

Azərbaycan-Avstriya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

15.05.2014 [17:57]
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Ştiriya federal əyalətində səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Avstriya Milli Şurasının vitse-spikeri Karlhaynts Kopf, Ştiriya əyalət parlamentinin sədri Frants Mayçen, Avstriya-Azərbaycan ...

Azərbaycan-Finlandiya əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır

15.05.2014 [17:53]
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə finlandiyalı nazir azərbaycanlı həmkarının səfərinin iki ölkə arasında münasibətlərin inkişafında önəmli rol oynayacağını qeyd etmişdir ...

Dövlət və din mövzusunda mühazirə

15.05.2014 [17:24]
Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsində mayın 13-dən etibarən din xadimlərinin təkmilləşdirmə kursları fəaliyyətə başlamışdır. AzərTAc xəbər verir ki, bu kurslarda nəzərdə tutulmuş mühazirələr çərçivəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev mayın 15-də dinləyicilər qarşısında çıxış etmişdir ...

Azərbaycan ilə Finlandiya arasında münasibətlər yüksək səviyyədədir

15.05.2014 [17:18]
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sauli Niinisto ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə ...

Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı Gəncədə anım mərasimi keçirilmişdir

15.05.2014 [17:17]
Qardaş Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Gəncədə də anım mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Özkan Özcan iki qardaş ölkənin və xalqın ağır günlərdə bir-birinin yanında ...

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilmiş konfransda 24 ali məktəbin 120 tələbəsi iştirak etmişdir

15.05.2014 [17:08]
Mayın 15-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, “Vətənim Azərbaycan” mövzusuna həsr edilmiş konfransa ...

Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də insan resursları ilə zəngin ölkədir

15.05.2014 [17:06]
ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikardo Miqliori və Asiya və Aralıq dənizi Ətrafı Ölkələri üzrə İtaliya İnstitutunun baş katibi, Mikrokredit üzrə İtaliya Daimi Komitəsinin üzvü Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olmuşlar. Bir sıra digər vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin də iştirak etdikləri ...

Bakıda “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” kitabının ictimai müzakirəsi keçirilmişdir

15.05.2014 [16:32]
Mayın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” kitabının ictimai müzakirəsi keçirilmişdir ...

4 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır VİDEO

15.05.2014 [16:12]
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. AzərTAc xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən 4 saylı “ASAN xidmət” mərkəzi Sabunçu, Xəzər və Pirallahı ...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Batumidə tədbir keçirilmişdir

15.05.2014 [15:48]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Gürcüstanın Batumi şəhərindəki Şota Rustaveli adına Batumi Dövlət Universitetində tədbir keçirilmişdir. Azərbaycanın Batumidəki baş konsulluğu tərəfindən keçirilmiş tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze, Ali Sovetin sədri Avtandil Beridze, Batumi ...