Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar

27.09.2022 [20:00]
Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının ...

Hacıqabulda şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb

27.09.2022 [19:57]
Hacıqabul rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri ...

Şəhidlərimizin əziz xatirəsi Ağdam rayonunda ehtiramla anılıb

27.09.2022 [19:42]
27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Ağdam rayonunda ehtiramla anılıb. Anım mərasimində şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, YAP Ağdam rayon təşkilatının sədri ...

Anım Günü Şəkidə də silsilə tədbirlərlə qeyd olunub

27.09.2022 [18:57]
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram ...

Abşeron rayonunda Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

27.09.2022 [18:36]
Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində geniş ağacəkmə aksiyası keçirilib ...

Anım Günü İsmayıllı, Göyçay, Zərdab, Qobustan və Ağdaşda silsilə tədbirlərlə qeyd edilib

27.09.2022 [18:24]
Azərbaycanın hər bir bölgəsində, o cümlədən İsmayıllı, Göyçay, Zərdab, Qobustan, Ağdaş rayonlarında da 27 Sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məscidlərdə şəhidlərin ruhuna Quran oxunub, dualar edilib ...

Şamaxıda Anım Günü qeyd olunub

27.09.2022 [18:17]
Şamaxı sakinləri 27 Sentyabr - Anım Gününü silsilə tədbirlərlə qeyd ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, Milli Məclisin deputatı Tamam Cəfərova, idarə, təşkilat və müəssisələrin kollektivləri, qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib ...

Zaqatalalılar Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini anıblar

27.09.2022 [18:12]
İki il əvvəl sentyabrın 27-də başlayan və 44 gün davam edən, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ...

Anım Günündə Xaçmaz və Qubada ağacəkmə aksiyası keçirilib

27.09.2022 [18:09]
27 Sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz və Quba rayonlarında ağacəkmə aksiyası və silsilə anım tədbirləri təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, yerli hüquq mühafizə orqanlarının rəhbərləri ...

Füzulidə şəhidlərin xatirəsinə inşa olunan abidə açılıb

27.09.2022 [18:06]
Füzuli rayonu Bala Bəhmənli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Abidədə Bala Bəhmənli kəndindən olan Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında məlumatlar əks olunub ...

Sumqayıtda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

27.09.2022 [18:01]
Sumqayıtda sentyabrın 27-də Vətən müharibəsinin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhərin Nəsimi adına parkında ağacəkmə aksiyası təşkil olunub ...

Qubadlı sakinləri şəhid məzarlarını ziyarət ediblər

27.09.2022 [17:48]
Qubadlı rayonu üzrə 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 27-də Bakı şəhərində II Fəxri xiyabanda, daha sonra Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr onunmuş anım tədbirləri ...

Qazaxda şəhidlərimizin xatirəsinə yürüş təşkil olunub, ağacəkmə aksiyası keçirilib VİDEO

27.09.2022 [17:36]
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir ...

Ağsuda şəhidlərimizin xatirəsi ehtiramla anılıb VİDEO

27.09.2022 [17:17]
27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağsunun Şəhidlər xiyabanında tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından insanlar axın-axın Ağsu şəhərindəki Şəhidlər xiyabanına gəlib, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan igid oğullarımızın məzarlarını ziyarət edib ...

Naftalanda Memorial Xatirə Kompleksi ziyarət olunub

27.09.2022 [17:13]
Naftalanda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər ...

Füzuli rayonunda şəhidlərimizin xatirəsi anılıb

27.09.2022 [17:09]
27 Sentyabr – Anım Günü respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunun Horadiz şəhərində də ehtiramla qeyd olunub. Bununla əlaqədar “Qəhrəmanlar parkı”nda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı ...

Şəhid atası: Bayrağımızın uca olmağı, məğrur şəkildə dalğalanmağı hər şeydən vacibdir

27.09.2022 [17:03]
27 Sentyabr - Anım Günü Qarabağımızın azadlığının başlanğıc günüdür. Şəhid atası kimi bu gün mənim üçün qürurvericidir. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində tarixi Qələbə qazandı ...

Şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq

27.09.2022 [17:02]
27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Rayon icra hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə ...

MDU-nun kollektivi şəhid ailələrini ziyarət edib

27.09.2022 [17:00]
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları 27 Sentyabr - Anım Günü ilə əlaqədar bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər ...