REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Siyəzən, 7 aprel, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, aprelin 7-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Siyəzən şəhər Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonundan qəbula gələn sakinlərin müraciətləri əsasən dövlət qulluğuna və ali təhsilin magistratura səviyyəsinə qəbul, buraxılış imtahanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə əlaqədar olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.
DİM-in səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.