Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına aprelin 9-da keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, bakalavrlar mərkəzin internet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Ərizəsini təsdiqlədən 13 min 81 bakalavrdan 109-u imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə 99 bal olub.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]