ELM VƏ TƏHSİL
AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Rusiyanın və Türkiyənin elmi mərkəzləri arasında sənədlər imzalanıb VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı və Cənub Elm Mərkəzinin sədri Gennadi Matişov imzalayıblar.
Bundan başqa, AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Sənədi Musa Qasımlı və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək imzalayıblar.