SİYASƏT


Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır VİDEO

Bakı, 21 avqust, AZƏRTAC

Bu gün Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb. Qlobal Gənc Liderlər Forumu əla ideyadır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.

“Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”, - deyə sabiq Prezident bildirib.

Valdis Zatlers qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən gözəl məkandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.