Ramiz Həsənov: Azərbaycandakı standartların 40 faizi Avropa İttifaqının standartlarına uyğundur VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycandakı standartların 40 faizi Avropa İttifaqının standartlarına uyğundur.
AZƏRTAC xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, mövcud standartlar artıq dəyişdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb.
Respublikada benzinin keyfiyyətinə münasibət bildirən komitə sədri deyib ki, ölkəmizdə benzin “Avro-4”, “Avro-5”in tələblərinə uyğun istehsal olunur.
R.Həsənov həmçinin əlavə edib ki, “Premium” markalı bu benzinlə köhnə avtomobillərə vurulduqda, bəzən problemlər yaranır. Ümumiyyətlə isə benzinin keyfiyyətində heç bir problem və ya narazılıq yoxdur.