Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin sessiyasında Azərbaycan həqiqətlərindən danışılıb VİDEO

Baş nazirin müavini Əli Həsənov: Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi təkcə regionun deyil, bütün dünyanın problemidir

Cenevrə, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də nümayəndə heyətinin tərkibində sessiyada iştirak edir.

Sessiyanın açılışında BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi çıxış edib. O bildirib ki, hazırda dünyada 65 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır. 2017-ci il ərzində isə dünyadakı münaqişələr nəticəsində daha iki milyon insan öz ev-eşiyini tərk edərək qaçqına çevrilib. Myanma, Suriya, İraq və ya Sudan kimi ölkələrdəki münaqişə və hərbi təcavüzlə yanaşı, təbii fəlakətlər də dünyanın müxtəlif bölgələrində qaçqınların sayının artmasına gətirib çıxarır. Dünyada ekstremizm və terrorizm kimi təhlükələrlə yanaşı, ksenofob yanaşmalar da qaçqınların ağır vəziyyətinə böyük zərbə vurur. Misal üçün, Myanmada dövlət tərəfindən onilliklərdən bəri Rohinca müsəlmanlarına vətəndaşlıq hüququnun verilməməsi də beynəlxalq hüquq və konvensiyalara zidd addımlar sırasındadır.

Ali komissar dünya ölkələrini münaqişələrin nizamlanmasında humanizm və insan amilini diqqət mərkəzində saxlamağa, arzuolunmaz miqrasiya axınlarının səbəblərini birgə və kompleks tədbirlərin sayəsində aradan qaldırmağa, qaçqınların öz vətənlərinə geri dönüşünü asanlaşdırmaq üçün çərçivə tədbirlər hazırlamağa və beynəlxalq səyləri gücləndirməyə çağırıb. O, eyni zamanda, qaçqın probleminə xüsusi diqqət ayıran dövlətlərə, donor təşkilatlara, münaqişə bölgələrindəki qeyri-hökumət təşkilatlarına, xeyriyyə qurumlarına, həmçinin fərdi şəkildə ianələr təqdim edən sadə insanlara təşəkkürünü bildirib.

Sonra son illərdə qonşu ölkələrdən çoxlu sayda qaçqın qəbul edən Uqanda və Efiopiya təmsilçiləri çıxış ediblər. Dünyada ən çox qaçqın qəbul edən Türkiyənin təmsilçisi Cihad Erginay çıxış edərək ölkəsinin Suriyadan qəbul edilmiş üç milyondan artıq qaçqın üçün dövlət tərəfindən görülən tədbirlər barədə danışıb. Çıxış edənlər bir il öncə qəbul edilmiş Qaçqın və miqrantlarla bağlı Nyu-York Bəyannaməsinin qarşıya qoyduğu vəzifələr, beynəlxalq ictimaiyyətin böyük qaçqın və miqrant axınlarına verməli olduğu cavablar barədə danışıblar.

Sessiyanın ilk günü Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. O, Azərbaycan Hökuməti adından ali komissar Filippo Qrandiyə müasir dövrdə məcburi köçkünlük hallarının artması səbəblərini aydın şəkildə açıb göstərən çox mənalı açılış nitqinə görə dərin təşəkkür edib.

Baş nazirin müavini çıxışında bildirib ki, qaçqınlar və məcburi köçkünlər məsələsi beynəlxalq ictimaiyyəti narahat edən ən çətin və ən təcili məsələlərdən biridir. Lakin BMT-nin baş katibi cənab Quterreşin də qurumun Baş Assambleyasında qeyd etdiyi kimi, qaçqınlar, məcburi köçkünlər və miqrantlar problem deyil, problem münaqişələr, təqiblər və yoxsulluqdur.

Artıq 25 ildir ki, Azərbaycanda həll olunmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşib. Ermənistan BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən və qoşunları işğal olunmuş ərazilərdən tam, dərhal və qeyd-şərtsiz geri çəkməyə çağıran məcburi hüquqi qüvvəyə malik qətnamələrə məhəl qoymayaraq Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır. Nəticədə isə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. Azərbaycan uzun müddətdir ki, bu münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyir və hələ də 640 mindən çox məcburi köçkünə yardım göstərir. Onların didərginlik probleminin həlli, yəni, sülh və təhlükəsizlik şəraitdə yurd-yuvalarına qayıtmaları Azərbaycan hökumətinin birinci prioriteti olaraq qalır.

Əli Həsənov diqqətə çatdırıb ki, son 14 il ərzində Prezident İlham Əliyevin Azərbaycanın davamlı iqtisadi inkişafını təmin etməsi, ölkə üzrə yoxsulluq həddinin 49 faizdən 5 faizə endirilməsi, 1,6 milyon yeni iş yerinin açılması bu sahədə də müəyyən nailiyyətlər əldə etməyə imkan yaradıb. Bu günədək 96 müasir yaşayış kompleksi inşa edilib, 250 min qaçqın və məcburi köçkün mənzillə təmin edilib. Məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizədək azaldılıb. Ümumiyyətlə, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə təxminən 6 milyard dollar vəsait xərclənib.

Bununla belə, düşünürük ki, məcburi köçkünlərlə bağlı humanitar vəziyyətin ağırlığı milli səylərə beynəlxalq dəstəyi vacib edir. Məcburi köçkünlərin insan hüquqlarının tam bərpası bu münaqişənin həllindən bilavasitə asılıdır və bu məsələdə BMT-nin və onun insan hüquqları mexanizmlərinin işi gücləndirilməlidir. Azərbaycanın bu məsələdə mövqeyi birmənalı və tam şəffafdır: Azərbaycanın işğal altında olan bütün əraziləri azad edilməli və məcburi köçkünlərin öz doğma torpaqlarına, mülklərinə qayıtmaq hüququ təmin edilməlidir. Bununla bağlı Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla birlikdə məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıtmaları ilə bağlı “Böyük qayıdış” adlanan hərtərəfli repatriasiya proqramı hazırlayıb.

2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq Ağdam və Tərtər rayonları intensiv artilleriya atəşinə tutuldu. Nəticədə 34 azərbaycanlı mülki şəxs yaralandı, aralarında uşaq olmaqla 6 nəfər həlak oldu, 232 fərdi yaşayış evi dağıdıldı, ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. Bununla kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 2 yaşlı uşaq və nənəsi qətlə yetirildi, avqustun 7-də isə Tovuz rayonunun 13 yaşlı sakini ağır yaralandı.

Əslində bu münaqişə dondurulmuş münaqişə deyil. Hər gün atəşkəsin pozulması, mülki əhalinin hədəf seçilməsi artıq adi hala çevrilib. Son illər ərzində 34 azərbaycanlı uşaq Ermənistanın işğalçı ordusunun qurbanı olub.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında yüksək tribunadan çıxış edərək 25 il torpaqları işğal altında saxlanılan Azərbaycanın beynəlxalq hüquqa söykənmiş ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırdı.

2016-cı ilin aprelində mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri əks-həmlə tədbirləri həyata keçirdi, düşmənin atəş məntəqələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri azad etdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışa imkan yarandı. Ölkə Prezidentinin Sərəncamı ilə kəndin bərpasına başlanıldı, 50 ev, məktəb tikilib istifadəyə verildi, məcburi köçkünlərin bir qismi öz doğma kəndlərinə qaytarıldı. Hazırda 100 evin, sosial-texniki infrastruktur obyektlərinin inşası davam etdirilir.

Azərbaycanın üzləşdiyi bu problem təkcə regionun deyil, bütün dünyanın problemidir. Ermənistan müəyyən donor ölkələrin və beynəlxalq qurumların maliyyə yardımından sui-istifadə edərək erməni əsilli suriyalıların və digərlərinin bu torpaqlarda qanunsuz olaraq zorla məskunlaşmasını təşviq edir. Azərbaycanın işğal olunmuş ərazilərində narkotik əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir, erməni hərbiçiləri və narkomafiyaları tərəfindən Avropaya və dünyanın digər bölgələrinə göndərilir. Bu ərazilər, həmçinin əfqan narkotiki üçün yeni tranzit marşrutuna çevrilib. Buna görə də dünya birliyi bu münaqişənin ədalətli həlli istiqamətində daha qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməli və Ermənistanı sülh sazişi üzərində işə başlamağa vadar etməlidir.

Problemin həllinə əsas maneə Ermənistanın qeyri-konstruktiv mövqe tutması, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının qətnamələrinə hörmətsizlik göstərməsidir. Buna görə də problemin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyəti nəticəsiz qalır.

Baş nazirin müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Hökuməti ilə BMT QAK arasında əməkdaşlıq möhkəm və məhsuldar olaraq qalır. Azərbaycan milli qanunvericilik praktikasını beynəlxalq standartlara uyğun təkmilləşdirmək öhdəliyinə sadiqdir. Azərbaycanda qaçqınların mühafizəsi, sığınacaq mexanizmlərinin inkişaf etdirilməsi məqsədilə müvafiq hökumət qurumlarının təmsilçilərindən ibarət işçi qrup yaradılıb. Ölkəmizdə beynəlxalq himayəyə ehtiyacı olan bütün şəxslərin müvafiq hüquqi statusdan yararlana bilməsini təmin edən qanunvericilik dəyişiklikləri nəzərdən keçirilir.

Sonda qeyd edilib ki, yalnız həqiqi, birgə beynəlxalq səylər dünyada mövcud olan, eləcə də Azərbaycanın üzləşdiyi münaqişənin həllinə gətirib çıxara bilər.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi çıxışlara münasibət bildirərkən Azərbaycan Hökumətinə qaçqın və məcburi köçkünlərə göstərilən qayğı və onların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən proqramlara görə təşəkkür edib. O, qaçqınların öz doğma torpaqlarına tezliklə geri qayıtmaları üçün ciddi siyasi iradənin göstərilməli olduğunu vurğulayıb.

Həmin gün aparılan ümumi debatlarda dünyanın müxtəlif regionlarındakı humanitar vəziyyət və qlobal cavablar müzakirə olunub. Sessiyada təşkilatın həyata keçirdiyi proqramların büdcəsi, menecment, maliyyə və administrativ nəzarət məsələləri ətrafında fikir mübadiləsi aparılıb, 2018-2019-cu illəri əhatə edən dövr üzrə proqram büdcəsi qəbul edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin sessiyasında Azərbaycan həqiqətlərindən danışılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir