10 SENTYABR
![]() ![]() |
2007-ci il. Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Layihənin müəllifi, tanınmış memar xanım Zaha Hadiddir. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin Dizayni 2014" müsabiqəsinin əsas mükafatına layiq görülüb. |
![]() |
1618-ci il. Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) yekunu olaraq Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib. Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı. Lakin bu sülh də uzun sürmədi və 1625-ci ildə tərəflər arasında yeni müharibə başlandı. |
![]() |
1917-ci il. Xalq Artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından biri Firuzə Əlixanovanın doğum günü (1917- 1994). Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qadın həyatını teatrla bağlayıb. F.Əlixanova ilk dəfə səhnəyə 1932-cu ildə Asya rolunda ("Arşın mal alan", Ü.Hacıbəyli) çıxıb. Dram tamaşaları ilə yanaşı, musiqili əsərlərdə də yaddaqalan səhnə obrazları yaradıb. Opera və operettalarında əsas partiyaların mahir ifaçısı olan aktrisa, həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. |
![]() |
1939-cu il. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb. |
|
|
1943-cü il. İkinci Dünya müharibəsinin gedişində Almaniya ordusu Romanı ələ keçirib. |
MÜƏLLİFLƏ ƏLAQƏ
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
Qazaxda açıq ərazidə yanğın olub
- 23.09.2026 [21:20]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]
Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb
- 23.09.2026 [20:28]
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
- 23.09.2026 [20:22]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [20:13]
Bu saata olan əsas xəbərlər
- 23.09.2026 [20:00]
Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub
- 23.09.2026 [19:49]
Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub
- 23.09.2026 [19:47]
Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb
- 23.09.2026 [19:30]
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
- 23.09.2026 [19:19]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [19:15]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:54]
Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat
- 23.09.2026 [18:53]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [18:48]
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
- 23.09.2026 [18:35]
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib
- 23.09.2026 [18:15]
Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir
- 23.09.2026 [18:05]
SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq
- 23.09.2026 [17:46]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:33]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:25]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 23.09.2026 [17:15]
Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur
- 23.09.2026 [17:10]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [17:00]
“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub
- 23.09.2026 [17:00]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:46]





