|
1724-cü il. Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülüb. |
|
1991-ci il. Azərbaycan Ali Soveti Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələrinin hücumlarının genişlənməsi ilə bağlı xarici dövlətlərin parlamentlərinə müraciət qəbul edib. |
|
1994-cü il. Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib. |
|
1995-ci il. Azərbaycan Dövlət Neft Şirkəti “Lukoil” (Rusiya), “Penzoil” (ABŞ) və “Agip” (İtaliya) birgə müəssisə - Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti təsis edib. |
|
1970-ci il. SSRİ-nin “Lunoxod 1” kosmik gəmisi Aya göndərilib. |