Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çini üzərində miniatür sənətinin bilicisi VİDEO

Gəncə, 10 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində dekorativ tətbiqi sənətin müxtəlif növlərini yaşadan bir çox sənətkar var. Məşğul olduğu peşənin sirlərinə dərindən bələd olan həmin sənət bilicilərindən biri də müxtəlif rəngli çini qabları və keramika üzərində miniatür rəssamlığının ən nəfis və incə nümunələrini yaradan rəssam Rasim Hüseynovdur. Əsərləri 60-dan çox ölkədə dünyanın ən məşhur muzeylərini, eləcə də böyük dövlət rəhbərlərinin və siyasi xadimlərin şəxsi kolleksiyasını bəzəyən rəssamın yaradıcılığı həm forma, həm də mövzu etibarilə rəngarəngdir.

Kiçik hücrədə yaradılan sənət əsərləri

AZƏRTAC-ın müxbiri rəssamın yaradıcılığı və rəng dünyası ilə daha yaxından tanış olmaq üçün onun evinə baş çəkib.

Müxtəlif ölçülü boşqablar, güldanlar, kuzələr, piyalələr üzərində bir-birindən gözəl və yaraşıqlı sənət nümunələri yaradan rəssam bütün əl işlərini həyətindəki çox kiçik hücrədə hazırlayır. Rasim Hüseynovla iş prosesində görüşdüyümüz üçün sənətkarı özünün daimi rahatlıq tapdığı sənət mühitindən ayırmadıq. Rəssam da böyük həvəslə həm yenicə ilk cizgilərini vurmağa başladığı boşqab üzərində işinə davam etdi, həm də çini, keramika, rəssamlıq və miniatür sənətinin sirlərindən söhbət açıb, suallarımızı cavablandırdı.

SSRİ-də ilk dəfə çini üzərində miniatür rəssamlığının əsasını qoyan azərbaycanlı

Rasim Hüseynov bildirdi ki, 1971-ci ildə Gəncə çini qablar zavoduna naxışçı kimi qəbul edilməsi onun sonrakı taleyində dönüş yaradıb. Ara-sıra bu zavodda hazırlanan və kütləvi istehsala buraxılan qablar, çay və xörək dəstləri üzərindəki incə naxışların çəkilməsinə meyil göstərən Rasim Hüseynov 1975-ci ildə həmin zavodun bədii tərtibat laboratoriyasına daxil olub, 1993-cü ilədək orada rəssam kimi fəaliyyət göstərib. Çini qablar zavodunda işlədiyi müddətdə rəssamın onlarla işi rəhbərlik tərəfindən bəyənilərək kütləvi istehsala buraxılıb.

Müsahibimiz müəllifi olduğu “Muğam kompozisiyası” əl işinə görə 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala layiq görülüb. Həmin illər ərzində yaradıcılığını daha da təkmilləşdirən rəssam 1981-1982-ci illərdə SSRİ-də ilk dəfə çini üzərində miniatür rəssamlığının əsasını qoyub. Yaradıcılığı sənət biliciləri tərəfindən yüksək qiymətləndirilən Rasim Hüseynovun 15 ədəd əl işi alınaraq 1988-1990-cı illərdə Bakı Dövlət Milli Musiqi Alətləri Muzeyi və Gəncə Miniatür Mərkəzinin daimi eksponatları sırasına daxil edilib.

Asanlıqla başa gəlməyən sənət yenilikləri

1993-cü ildə Gəncə çini qablar zavodu fəaliyyətini dayandırdıqdan sonra Rasim Hüseynov öz həyətində çox kiçik emalatxanasını quraraq həm sənətini davam etdirib, həm də daha yeni texnoloji prosesin alınmasına nail olub. Uzun illərin axtarışından sonra rəssam 2005-ci ildə qədimdə ölkəmizdə geniş yayılmış, XVIII əsrdə isə tamamilə unudulmuş boz gilin heç bir rəng qatılmadan hazırlanma texnologiyasını tapıb.

Hazırda Rasim Hüseynov çini qablar və keramika üzərində miniatür rəssamlığı ilə yanaşı, həm də bu sənətdə bir sıra fərqli texnika və texnologiyaları sınayır. O, əvvəlki ağ çini qablar üzərində aldığı uğurlu nəticəni qara rəngli çinilər üzərində də tətbiq edib. Həmçinin kobalt məmulatlar üzərində səthi qızılla işlənmiş relyefli işləmələrin əsasını qoyub. Bu cür sənət yeniliklərinin heç də asan yolla alınmadığını deyən Rasim Hüseynov deyir ki, istər müxtəlif texnologiya ilə hazırlanmış çini və gil qablar, istərsə də onların üzərinə çəkilən boyalar sənətkardan iş prosesində böyük diqqət və peşəkarlıq tələb edir. Çünki qabların hazırlanması və rəsmin çəkilməsi üçün vacib olan şərtlər qorunmadıqda onlar sobada partlayır, üzərindəki rəng isə yanıb məhv olur.

“Xəmsə”nin qəhrəmanları, Şərq mühiti və qədim musiqi alətlərimiz

Bir rəssam kimi yaradıcılığının mövzu və məzmunundan da bəhs edən Rasim Hüseynovun miniatürləri üçün əsas mövzu XII əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin bədii yaradıcılığı, “Xəmsə” qəhrəmanları, onların təmsil olunduğu Şərq mühitinin tərənnümü, eləcə də ney, ud, cəng, çaqanə, rübab, təbil kimi qədim musiqi alətlərimizin təsviridir.

Əsərlərini dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirən rəssamın yaradıcılığı haqqında çoxsaylı xarici qəzet və jurnallarda məqalələr çap olunub. 2012-ci ildə “Prezident mükafatı”na layiq görülüb. Artıq bir neçə ildir ki, Rasim Hüseynov Azərbaycanın mədəniyyət və incəsənətinin təbliği ilə bağlı Avropa ölkələrində təşkil olunan sərgilərə qatılır. 2015-ci ildə rəssam Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada təşkil olunan Azərbaycan Mədəniyyəti günləri sərgisində ölkəmizi təmsil edib. 2016-2017-ci illərdə isə Bakıda keçirilən Formula-1 yarışlarında ölkəmizin mədəni irisini sənət əsərləri və yaradıcılığı ilə təmsil etdiyinə görə təşəkkürnamə ilə təltif olunub.

Çini üzərində miniatür sənətinin bilicisi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur