Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan "Doing Business 2018" hesabatında 8 pillə irəlilədi

Bakı, 31 oktyabr, AZƏRTAC

"Dünya Bank"ı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib.

Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Qeyd edək ki, Azərbaycana münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb.

Sözügedən reytinqə əhəmiyyətli təsir edən aşağıdakı islahatları xüsusi qeyd etmək lazımdır:

Müflisləşmənin həll edilməsi - Bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il aprelin 25-də "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Kiçik investorların hüquqlarının qorunması - Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə 2017-ci il aprelin 25-də dəyişikliklər edilib, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra əlavə müddəalar əlavə olunub.

Müqavilələrin icrası - Sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılıb.

Kreditlərə çıxış - Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli "Kredit büroları haqqında" və 2017-ci il 2 may tarixli "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Verginin ödənilməsi - 2016-cı il 16 dekabr tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiq edilib.

"Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.

Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. İlk növbədə, burada "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamının nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması və zəruri islahatların aparılması sahəsində nailiyyətlər əldə edilib. Bundan əlavə, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi nəticəsində bir neçə sahədə müsbət tendensiyalar nümayiş edilir.

"Doing Business 2018" hesabatında maliyyə resurslarına çıxış imkanı biznesin aparılması üçün ən problemli amillərdən biri kimi göstərilib. Bununla əlaqədar bildirmək istərdik ki, "Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr Fərmanı ilə Kredit Zəmanət Fondunun yaradılması nəzərdə tutulub. Belə ki, Kredit Zəmanət Fondu və kredit büroların fəaliyyətə başlanılması "Doing Business" hesabatının kreditə əlçatanlıq kateqoriyası üzrə növbəti ildə əhəmiyyətli irəliləyişlə nəticələnə bilər.

Qeyd edək ki, cari ildə Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Həmin hesabatda da Azərbaycanın irəliləməsində əsas rolu Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatlar oynayıb. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerləri deməkdir.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqo DR-nın milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub

İş yerlərində gender bərabərliyinin təşviqi

Nigeriya nazirliyinin katibi: Azərbaycan dayanıqlı inkişaf baxımından zəngin tarixə və mədəni irsə malikdir

İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram

Mladen İvaniç: Qlobal Bakı Forumu digər qlobal platformalarla müqayisədə daha çox açıq dialoq mühiti ilə seçilir

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

İsmail Serageldin: Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib

“Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində birgə şirkət yaradılacaq

Özbəkistan Mərkəzi Bankı ilə maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib

Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib

BMT Məskunlaşma Proqramının regional direktoru: Bakı WUF13-ün keçirilməsi üçün müstəsna platforma təqdim edib

Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib

WUF13 çərçivəsində mədəniyyət gecəsi

İspaniyalı mütəxəssis: Azərbaycanın şəhərlərin dayanıqlı inkişafındakı rolunu ekspertlər yüksək qiymətləndirirlər

WUF13 iştirakçısı: Azərbaycan regionda sabit və inkişaf edən mərkəz rolunu möhkəmləndirir

Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb

Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb

Urbanist Qvardiola Qarsiya: İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır

Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Pakistanlı iştirakçı: Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

Marko Rubio və Hakan Fidan arasında görüş olub

Rusiyalı iştirakçı: WUF13 gələcəyin şəhərlərinin qurulması ilə bağlı birgə addımların müəyyənləşdirilməsinə töhfə verir

Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

Mariam Kvrivişvili: Gürcüstanın Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində Aİ-nin enerji müstəqilliyində rolu artacaq

AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

“Bakı Fəaliyyətə Çağırış” sənədi

Qanalı ekspert: Azərbaycan davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir

Bu saata olan əsas xəbərlər

Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib

Rubio: Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırıq

"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq simpoziumunun materialları nəşr olunub

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Gənclər Fondu qrant müsabiqəsi elan edir

BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir

WUF13-ün pakistanlı iştirakçısı: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə mühüm rol oynayır

Ukrayna Müdafiə Nazirliyi: Rusiya döyüş meydanında 13 min dəfədən çox kimyəvi maddədən istifadə edib

BMT nümayəndəsi: WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq - EKSKLÜZİV

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

İrana Qasımova: Səməd Vurğunun poeziyası insanlarla zaman arasında canlı dialoq formasıdır

Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm

Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir

Sudanlı iştirakçı: WUF platforması ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidisiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar

WUF13-ün sonuncu gününün maraqlı anları - FOTOLAR

Giorgi Xaindrava: WUF13-ün yüksək səviyyədə təşkili region üçün də mühüm əhəmiyyət kəsb edir

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası

WUF13 iştirakçısı: İnanıram ki, Qana Azərbaycanla şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər

İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək

Nkeyi meri: WUF13 yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur

Gəncədə vəkillər məhkumlara hüquqi yardım göstəriblər

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb - YENİLƏNİB

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılmasını yekunlaşdırıb

Biznesin dayanıqlı artımı və inkişafı - UNEC-də beynəlxalq elmi simpozium

“Bank of Baku”dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” təşkil olunacaq