Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

2017-ci ilin yaddaqalan hadisələri

Daha bir il tarixə qovuşur. 2017-ci il də Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin, uğurlu illərdən biri olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsi olaraq, Azərbaycanın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib. AZƏRTAC 2017-ci ilin ən yadda qalan hadisələrini təqdim edir.

 

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı

 

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb (14 sentyabr).

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Xatırladaq ki, “Əsrin müqaviləsi” çərçivəsində ötən 23 il ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. “Azəri-Çıraq-Günəşli”də hələ təxminən 500 milyon ton neft ehtiyatı var.

  

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi (30 oktyabr). Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.

Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk illərdə 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Belə ki, bu dəmir yolu xətti ilə Çindən birbaşa Londona yüklərin daşınması təmin edilir. 

 

Azərbaycanda iki milyardıncı ton neft hasil olundu

Azərbaycanda iki milyard ton neft hasil olunub. Bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, həmçinin 460 milyon tonu konsorsium tərəfindən hasil edilib.

Azərbaycan neftinin milyardıncı tonu 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunun hasilatı təxminən 100 ilə başa gəlmişdi. İkinci milyard tonu çıxarmağa isə bundan iki dəfə az - 46 il vaxt sərf olunub. 

 

Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb (21 fevral). Həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təqdim edib.  

 

Bakı “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransına ev sahibliyi etdi

Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib (1 dekabr).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nin təməli çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında qoyulub. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən böyük bir regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir. Prosesə Azərbaycan da daxil olmaqla, 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində qoşulub. Daimi həmsədri Əfqanıstan olan bu platformaya beynəlxalq nüfuzu, güclü siyasi iradəsi nəzərə alınmaqla, Azərbaycan 2012-ci ildə bu prosesə dəvət alıb. 

 

“Bakı Gəmiqayırma Zavodu”nun istehsalı olan “Xankəndi” gəmisi suya buraxıldı

“Bakı Gəmiqayırma Zavodu”nda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub (6 sentyabr). Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib. DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. 

 

Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verildi

Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verilib (18 may). Bu, Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusudur.

Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə 12,2 min metr dərinliyində quyu qazmaq mümkündür. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. 

 

Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci oldu

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. 

 

Azərbaycan "Doing Business 2018" hesabatında səkkiz pillə irəlilədi

"Dünya Bank"ı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında Azərbaycan səkkiz pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib. Azərbaycan, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri hesab olunub.

"Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan altı indikator üzrə yaxşılaşıb. 

 

Cocuq Mərcanlı kəndi bərpa olundu

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasının birinci mərhələsi başa çatıb (14 iyun). Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilib, müvafiq infrastruktur yaradılıb.

Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı qəsəbəsində görülən işlərlə tanış olub. 

 

Neftçalada sənaye məhəlləsi açıldı

Neftçala rayonunda sənaye məhəlləsi açılıb (24 sentyabr). Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Sənaye məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb. Məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC - “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. 

 

Sabirabad Sənaye Məhəlləsinin təməli qoyuldu

Sabirabad Sənaye Məhəlləsinin təməli qoyulub (28 noyabr). Təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. 

 

Naxçıvanda hərbi parad keçirildi

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətlə hərbi parad keçirilib (18 oktyabr). Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. 

  

İlk dəfə icbari tibbi sığortanın tətbiqinə başlanıldı

Azərbaycanda ilk dəfə icbari tibbi sığorta pilot ərazilərdə - Mingəçevir şəhəri və Yevlax rayonunda tətbiq olunmaqa başlanıb. Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinənin və 166 həyati vacib xidmətin göstərilməsi nəzərdə tutulur. 

 

Gənc alimlərin birinci qurultayı keçirildi

Azərbaycanda ilk dəfə gənc alimlərin qurultayı keçirilib (15 sentyabr). Prezident İlham Əliyev qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Qurultayda qəbul olunan Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi vurğulanıb. 

 

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi

Ölkəmizdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları keçirilib (12-22 may). İdmanın 24 növü üzrə yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan milli komandası 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (162 medal) Oyunların qalibi olub. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb.

“Bakı-2017”yə islamiadalar tarixində rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə qatılıb. Oyunları 50-dən şox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. 

 

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Ağdamın “Qarabağ” klubu Azərbaycanın futbol tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. Ağdamlılar pley-off mərhələsində “Kopenhagen” (Danimarka) komandasını ümumi nəticəyə əsasən üstələyərək qitənin ən nüfuzlu turnirinə vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqasının qrup rhələsində “Çelsi”, “Roma” və “Atletiko Madrid” klubları ilə eyni qrupunda yer alan “Qarabağ” yarışları iki xalla başa vurub. 

 

Bakıda Qadın voleybolçular arasında Avropa çempionatı keçirildi

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçirilib (22 sentyabr - 1 oktyabr). Çempionatda 16 komanda 4 qrupda mübarizə aparıb. Azərbaycan yığma komandası çempionatı dördüncü yerdə başa vurub.

Çempionatın Milli Gimnastika Arenasında keçirilən final görüşündə Serbiya voleybolçuları Niderland millisinə qalib gələrək qızıl medallara sahib olublar. Üçüncü yeri isə Türkiyə millisi tutub. 

 

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Ölkəmizin idman tarixində ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasının rəhbəri vəzifəsinə seçilib.

F.Qayıbov Avropa Gimnastika İttifaqının dekabrın 2-də Xorvatiyanın Split şəhərində keçirilən 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində hamıdan çox səs yığaraq qalib gəlib. 

 

UNESCO dolma və kamançanı Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil etdi

Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” və Azərbaycanın və İranın birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 

 

Azərbaycan xaricdə ilk ticarət evini açdı

Azərbaycanın xarici ölkədə ilk ticarət evi Minskdə açıldı (26 may). Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur. Azərbaycan xarici ticarət əməliyyatlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazalarda təşviqi məqsədilə əsas tərəfdaş ölkələrdə ticarət evləri yaratmağı davam etdirir. Belə ticarət evlərinin Rusiyada, Ukraynada, Gürcüstanda və Latviyada açılması gözlənilir. 

 

Qubalı qız Qlobal Sahibkarlıq Sammitində dünyanın diqqətini Azərbaycana yönəltdi

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) doqquzuncu sinif şagirdi Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində ixtirası ilə iştirak edərək dünyanın diqqətini Azərbaycana yönəldib (12 oktyabr). ABŞ Prezidenti Donald Trampın qızı və baş müşaviri İvanka Tramp Azərbaycandan olan Reyhan Camalovanın nailiyyətini təqdir edərək onun belə gənc yaşında yağış suyundan enerji alınması ilə bağlı ixtirasını alqışlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçuları Bakıdakı “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib

“Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri arasında Anlaşma Memorandumu imzalanıb

Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal

Azərbaycan Misirin Britaniya Universitetində Mədəniyyət günündə təmsil olunub

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

DİM: Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

Türkiyənin Gümüşhane əyalətində ermənilər tərəfindən qətlə yetirilmiş Hüsnü Səlcukun xatirəsi yad edilib

Gənc musiqiçi Olli 75-ci “Sanremo” festivalının qalibi olub

Baş Prokurorluq və DİN Saatlıda ölümlə nəticələnən hadisə ilə bağlı birgə məlumat yayıb YENİLƏNİB VİDEO

Suverenliyimiz gələcək nəsillərə mənəvi mirasımızdır ŞƏRH

“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

“Sehrbazlar dərəsi” tamaşasının premyerası olub

Londonda çalışan çörək texnoloqu: Getdiyim hər ölkəyə Azərbaycan unu aparıram MÜSAHİBƏ VİDEO

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2 VİDEO

Bakının Azadlıq prospektində nəqliyyatın hərəkəti bərpa edilib YENİLƏNİB

Sabah hava əsasən yağmursuz keçəcək

Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub

Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb

Naxçıvanda DYPİ hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan cüdoçuları Avropa Kubokuna 6 medalla başlayıblar

İtaliyalı tennisçi Yannik Sinner üç aylıq diskvalifikasiya edilib

Bu gün Bakıdakı “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Azərbaycan Tehranda sərbəst güləş üzrə Dünya Kubokunda təmsil olunacaq

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

Rubio və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Moldova arsında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

İngiltərə Premyer Liqası: “Arsenal”dan səfər, “Mançester Siti”dən ev qələbəsi

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan–Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb

Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Türkiyə Superliqası: “Beşiktaş” “Trabzonspor”u məğlub edib

Zaqatalada ikiotaqlı ev yanıb

Misli Premyer Liqası: “Zirə” inamlı qələbə qazanıb

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədəki turniri 3 medalla başa vurublar

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib VİDEO

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz