İDMAN
Ağdamın “Qarabağ” futbol klubu Türkiyədə xüsusi mükafatla təltif edilib VİDEO


İstanbul, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Türkiyənin məşhur media orqanlarından olan “Milliyet” qəzeti tərəfindən təsis edilən “İlin idman mükafatları-2017”nin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İlin komandası” mükafatına namizədlər arasında Ağdamın “Qarabağ” futbol klubu da olub.
“Qarabağ” klubu “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubumuzun vitse-prezidenti Tahir Gözələ futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul