116 yaşlı yapon qadın planetin ən uzunömürlü adamı təsdiq edilib
Bakı, 9 mart, AZƏRTAC
Ginnesin rekordlar kitabını nəşr edən “Cim Pattison Group” 116 yaşlı yapon qadını planetin ən uzunömürlü insanı təsdiq edib.
AZƏRTAC “Jim Pattison Group”un saytına istinadla xəbər verir ki, Ginnesin rekordlar kitabına daxil edilən Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda anadan olub. Həmin il Vrayt qardaşları bəşər tarixində ilk motorlu uçuşu həyata keçiriblər. O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib. Planetin ən uzunömürlü sakini hər gün səhər saat 6-da yuxudan oyanır, günortayadək riyaziyyat və kalliqrafiya ilə məşğul olur.
Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır. Bundan əvvəlki ən yaşlı yapon - Jiroemon Kimura 2013-cü ildə 116 yaşında vəfat edib. Ginnesin rekordlar kitabına daxil edilmiş ən uzunömürlü insan isə 1997-ci ildə vəfat etmiş fransız Jan Luis Kalmen olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]