Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb
Bakı, 18 iyun, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanında 3548 nəfər müəllim iştirak edib, 98 faiz davamiyyət qeydə alınıb.
Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna iyunun 19-u saat 12:00-dan etibarən start veriləcək.
Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müraciətlərin qəbulu iyulun 19-u saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.