İDMAN


Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatının yarımfinalına yüksəlib   YENİLƏNİB VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Cüdoçumuz Hidayət Heydərov yarımfinal mərhələsinə yüksəlib. O, 1/4 finalda Monqolustan idmançısı Odbayar Qanbaatara qalib gəlib.

Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısıdır.

X   X   X

13:23

Cüdo üzrə dünya çempionatında ölkəmizi 73 kiloqram çəki dərəcəsində təmsil edən Hidayət Heydərov bu gün keçirdiyi üçüncü görüşündə tacikistanlı Bəhruzi Xocazodaya qalib gəlib. Beləliklə, idmançımız çempionatın 1/4 final mərhələsinə yüksəlib.

X        X        X

12:59

Cüdoçumuz Hidayət Heydərov (73 kq) dünya çempionatının 1/16 final mərhələsində Monako idmançısı Sedrik Bessi ilə qarşılaşıb. 

AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/8 final mərhələsinə yüksəlib.

H.Heydərovun rəqibi tacikistanlı Bəhruzi Xocazoda olacaq.

X     X     X

11:30

Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb. 

AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.