Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Zaqatalanın tanınmış idman mütəxəssisinin 45 illik hobbisi FOTO VİDEO

Zaqatala, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Haqqında söhbət açacağımız Əsgər Məmmədovu Zaqatalada hamı idman mütəxəssisi kimi tanıyır. 69 illik ömrünün 50 ildən çoxunu bədən tərbiyəsi və idmana həsr edən Əsgər müəllim indiyədək bu sahədə bir çox uğurlara imza atıb, onlarla tanınmış idmançının yetişməsində xidməti olub. Bəlkə də bir çoxlarına bəlli deyil ki, Əsgər Məmmədov, həm də yaxşı sənətkardır. Uzun illərdir ki, dekorativ sənətin ən qədim və geniş yayılmış növlərindən biri olan ağac üzərində oyma sənəti ilə də məşğul olur.

AZƏRTAC-ın bölgə müxbiri idman mütəxəssisi ilə görüşüb, onunla bu barədə söhbət edib. Əsgər Məmmədovun sözlərinə görə, 1949-cu ildə Qazaxıstanda anadan olub. Ailəsi bir vaxtlar Naxçıvandan Qazaxıstana sürgün olunubmuş. Sürgün illəri başa çatdıqdan sonra Məmmədovlar ailəsi 1961-ci ildə həmişəlik Zaqatala rayonunda məskən salıb. Uşaq yaşlarından rəssamlıq sənətinə böyük maraq göstərən Əsgər Məmmədov orta məktəbi bitirdikdən sonra Kursk şəhərində Rəssamlıq İnstitutuna daxil olmaq istəyib. Lakin arzusuna qovuşa bilməyib. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. 1972-ci ildə badminton üzrə Azərbaycan çempionu olan Əsgər Məmmədov, eyni zamanda, həndbol idman növündə də uğurlar qazanıb, ölkəmizin yığma komandasının tərkibində Baltikyanı ölkələrdə keçirilən yarışlarda iştirak edib. Uzun illərdir Zaqatala rayonunda idman sahəsində çalışan Əsgər müəllim kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərinə görə, 1996-cı ildə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.

Əsgər Məmmədov deyir ki, idmanla yanaşı, 1973-cü ildən ağac üzərində oyma sənəti ilə də ciddi şəkildə məşğul olmağa başlayıb: “İlk əl işim Üzeyir Hacıbəylinin operettasının qəhrəmanı Məşədi İbad olub. Bu əsər üzərində işləyərkən hiss etdim ki, oyma sənəti ilə də məşğul ola bilərəm. Artıq 45 ildir ki, boş vaxtlarımı bu işə sərf edirəm”.

Onun sözlərinə görə, heç vaxt eskizlə işləmir, mövzunu xəyalında canlandırır. Təbiət qoynunda gəzərkən mövzuya uyğun ağac parçası axtarıb tapır. Bəzən isə qarşısına çıxan hər hansı bir ağac parçası, budağın qopmuş bir hissəsi özü sənətkara yeni mövzu verir.

Başqalarından fərqli olaraq, Əsgər müəllim əl işlərini adi şüşə qırıntısının köməyi ilə hazırlayır. O, ağac parçasını şüşə ilə yonub istədiyi formaya salır, dülgər alətlərindən çox az istifadə edir. Bir müddət sonra adi ağac parçası onun əlində gözəl bir sənət əsərinə çevrilir.

İndiyədək 100-dən çox sənət nümunəsi hazırlayan Əsgər Məmmədov heç vaxt əl işlərini satmaq barədə düşünməyib. “Bəzən məndən soruşurlar, “sənin nə marağın var ki, bu qədər zəhmət çəkirsən, vaxt sərf edirsən”? Oyma sənəti mənim hobbimdir, mən bu işdən həzz alıram. Əvvəllər əl işlərimi qohum-əqrəbaya, tanış-bilişə hədiyyə verirdim. Amma son vaxtlar əl işlərimi öz şəxsi kolleksiyamda saxlayıram. Min zəhmət bahasına ərsəyə gətirdiyim əl işim qoy gözümün qabağında olsun”, - deyə Əsgər Məmmədov bildirib.

Zaqatalanın tanınmış idman mütəxəssisinin 45 illik hobbisi FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb

Serbiya mətbuatı Azərbaycan Prezidentinin bu ölkəyə səfərinə və interkonnektorun açılış mərasimdə iştirakına geniş yer ayırıb

Ağsuda narkotacir saxlanılıb

Prezident İlham Əliyevin Prezident Aleksandar Vuçiç ilə birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK

“Neftçi” U-15-in qapıçısı xəstəxanaya yerləşdirilib

"Euronews”a müsahibə regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir

Türkiyədə “Heydər Əliyev 100-cü il” şahmat turniri start götürüb

Lyublyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan tədbir keçirilib

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində bir sıra tədbirlər təşkil olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub

İranın neftayırma zavodunda güclü yanğın baş verib

Beynəlxalq konfransın qonaqları ilə MDU-da təcrübə mübadiləsi aparılıb

İqlim fəalları Venesiyadakı “Böyük kanal”a rəngli maye töküblər

AYNA: Ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindədir

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

Aleksandar Vuçiç: Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir

Rotterdamda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-5 VİDEO

Rumen Radev: Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır

Türkiyədə baş verən torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı" ilinin rəsmi bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsisatı türk xalqlarının birliyi, dostluğu yolunda çox ciddi addımdır

Batut və tamblinq gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib

Alinur Aktaş: 30 il sonra azadlığa qovuşmuş Şuşada olmaq bizim üçün böyük xoşbəxtlikdir

Prezident: Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-la bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi dostluğumuzun nümunəsidir

Azərbaycan Prezidenti Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib

Prezident İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir

2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb

Prezident: Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi gələcək nəsillər üçün çox uğurlu layihələrdəndir

Prezident: Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq

TÜRKSOY Media Mükafatının təqdimatı olub

Prezident İlham Əliyev: Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Atageldi Şahmuradov: Türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur

Azərbaycan klubu iki əcnəbi basketbolçunu transfer edib

Sumqayıt Tibb Mərkəzi: Avtomagistralda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfərin vəziyyəti ağır olaraq qalır

Səhər paytaxtın bəzi yerlərində hava çiskinli olacaq

Aydın Kərimov: Şuşada bu günədək 16 abidə tam bərpa olunub

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfərə gəlib

Mədəniyyət naziri: Keçirilən tədbirlər Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq

Adil Kərimli: l Türk Dünyası Mədəniyyət Forumu əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq

Misirdə prezident seçkiləri keçirilir, Əbdülfəttah Əs-Sisi səsvermədə iştirak edib

Masallıda baş verən qəzada iki piyada ölüb

Milli Kitabxana Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıb

Mingəçevir Dövlət Universiteti Kayseri Universiteti ilə əməkdaşlığa başlayıb

“Sabah” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir VİDEO

Balakəndə sərt döngədə iki avtomobil toqquşub

Sumqayıtda ağır yol qəzası baş verib: ölən və yaralananlar var

İnstitutun şöbə müdiri: Hər bir insanın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Pxenyan Vaşinqtonu BMT Təhlükəsizlik Şurasını “konfrontasiya meydanı”na çevirməkdə qınayıb

Müstəqillik tarixinin ilk Zəfər paradı: ölkəmizin hərbi qüdrətinin, Azərbaycan-Türkiyə qardaşlığının nümayişi

ABŞ-da atışma olub, ölənlər var

Çin metan və maye oksigenlə işləyən üçüncü raketini buraxıb

Çili Prezidenti: Dünya artıq 1945-ci ildəki kimi deyil

Yaponiyada qalmaqala görə iqtisadiyyat naziri və partiya rəhbərləri dəyişdiriləcək

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb

ABŞ-da tornado bir neçə nəfərin həyatına son qoyub VİDEO

Yapon beysbolçusu idman tarixinin ən böyük müqaviləsini imzalayıb

İstifadəçilərin ən çox bəyəndiyi smartfonların adları açıqlanıb

Argentina yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayacaq

Azərbaycan basketbol klubu amerikalı oyunçusu ilə yollarını ayırıb

ABŞ Dövlət Departamenti İsrailə tank mərmilərinin mümkün satışını təsdiqləyib

Ulu Öndər Azərbaycanı tərəqqi yoluna çıxardaraq liderliyini, böyüklüyünü bütün dünyaya sübut etdi

Parisdə iş adamının oteldə 750 min avro dəyərində brilyant üzüyü itib

İsveçdə azərbaycanlı tələbə və məzunların 3-cü yığıncağı olub

İsrailin müdafiə naziri: Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

BƏƏ Ermənistan ilə Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı 3 çatıb YENİLƏNİB

İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib

Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb