REGİONLAR
Xaçmazın dörd kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək VİDEO
Xaçmaz, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Qaracəlli, Cığatay, Alıcqışlaq və Ərəb kəndlərində modul tipli məktəb binaları quraşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ərəb kəndində tikilən 40 şagird yerlik ibtidai məktəb binası oktyabr ayının sonunadək təhvil veriləcək.
Təhsil ocağı akt zalı, 4 sinif və müəllimlər otağından ibarətdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır.
Xaçmazda 2018-ci ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulan 4 modul tipli məktəb binasında 300 nəfərə yaxın şagird təhsil alacaq.