İDMAN
Bakıda akrobatika üzrə dünya kuboku yarışları davam edir VİDEO





















Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Milli Gimnastika Arenasında akrobatika üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak edirlər.