Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub VİDEO

Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub VİDEO

Haaqa, 12 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabının ingilis dilində nəşr edilmiş cildlərinin Haaqa şəhərində, Niderland parlamentində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən təqdimatda Niderland rəsmiləri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, müxtəlif diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Elmira Axundova deyib: “Ulu öndər Heydər Əliyevdən “Sizin haqqınızda kitab yaza bilərəmmi”, - deyə soruşdum. Ümummilli lider “Yaz, Elmira, yaz”, - deyə cavab verdi. Beləliklə, “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatının əsası qoyuldu”.

Müəllif gərgin zəhmət bahasına ərsəyə gəlmiş əsərdə Ulu Öndərin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq üçün dövlət arxivlərində və şəxsi arxivlərdə apardığı araşdırmalardan danışıb, bunu ömrünün şərəfli illəri kimi səciyyələndirib. Bildirib ki, yeddicildlikdə tarixi şəxsiyyətin həyatına paralel olaraq, həmin dövrdə baş vermiş hadisələr, tarixi proseslər geniş şərh edilib. Heydər Əliyev şəxsiyyətinin hərtərəfli təqdim edilməsi üçün 300-dən çox şəxslə görüş keçirilib və onların Ulu Öndərlə bağlı xatirələri qeydə alınıb. Əsər 14 ildən artıq bir müddətdə hazırlanıb. Kitabın üç cildi xarici dillərə tərcümə edilib və artıq bir neçə ölkədə təqdimatı keçirilib.

“Mən çox şadam ki, Ümummilli Liderimizin həyatını, bütövlükdə XX əsri əhatə edən bu dəyərli kitablar Avropanın mərkəzində, Haaqada, Niderland parlamentində təqdim olunur. Əminəm ki, bu kitabları oxumaq hamı üçün maraqlı olacaq. Çünki bu nəşrlərdə keçmiş SSRİ-də yaşayan xalqların həyatından, müstəqilliyin çətinliklə əldə edilməsində Heydər Əliyevin əvəzedilməz rolundan bəhs olunub”, - deyə E.Axundova diqqətə çatdırıb.

Bildirilib ki, kitabın Avropanın siyasi mərkəzlərindən birində - Haaqa şəhərində, Niderland parlamentində təqdimatı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə ölkəmizin hüdudlarından kənarda verilən dəyərin bariz nümunəsidir. Təqdimat mərasimində Avropada, xüsusilə də Niderlandda Heydər Əliyev şəxsiyyətinə böyük maraq göstərildiyi vurğulanıb. Bu baxımdan “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatının ingilis dilində çap edilməsi Avropa ictimaiyyəti üçün dəyərli hədiyyədir.

Niderland parlamentinin deputatları Tunahan Kuzu, Selcuk Öztürk, Songül Akkaya, Xristian Demokrat Partiyasının nümayəndəsi Osman Elmacı çıxış edərək Heydər Əliyev şəxsiyyəti, onun dünya siyasətindəki özünəməxsus yeri haqqında fikirlərini bölüşüblər.

Tunahan Kuzu deyib: “Heydər Əliyevi uşaqlığımdan tanıyıram. İllər keçdikcə tarixi araşdırmalar apardım və Sovet İttifaqının dağılmasından sonrakı dövrlə tanış oldum. Heydər Əliyev o dövrdə çətin şəraitdə dövlət qurdu. Bu, hər şəxsiyyətin bacaracağı iş deyildi. Biz onu hörmət və rəhmətlə anırıq. Bizim ondan öyrənəcəyimiz çox şey var. Elmira xanımın kitabını oxuyub özümüz üçün nümunələr götürəcəyik”.

Niderlanddakı yəhudi icmasının rəhbəri Qriqori Pasternak həyatında yalnız bir dəfə Bakıda olduğunu qeyd edib. “Bakıya səfərim Azərbaycan xalqı üçün çətin dövrə təsadüf etmişdi. Məhz həmin dövrdə Heydər Əliyev Azərbaycana gələrək öz xalqının taleyində həlledici rol oynayıb. Bu gün inkişaf etmiş Azərbaycana baxanda onun zəhmətinin hədər getmədiyi aydın görünür”, - deyə Q.Pasternak vurğulayıb.

Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov kitabın məziyyətlərindən söz açıb. O, Heydər Əliyevin Sovet İttifaqı dağılandan sonra ölkəmizin yenidən dirçəlməsində böyük rol oynamasından danışıb.

Qeyd edək ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatı rus dilinə də tərcümə edilib. Bu yaxılarda əsərin türk dilində nəşrinin təqdimatı keçiriləcək. Gələcəkdə kitabın fransız, ispan dillərinə tərcümə edilməsi də nəzərdə tutulur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO