Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 4 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Azərbaycanda vəkilliyin yaradılmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində oktyabrın 4-də Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə “Güclü və nüfuzlu vəkillik - müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonya Fonteyn, hüquq layihəsinin rəhbəri Tomas Herrman, Milli Məclisin deputatları, məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının nümayəndələri, o cümlədən 20-dən çox ölkənin Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, BMT-nin və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

İki sessiyada keçirilən konfransın məqsədi beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin müzakirəsi olub. Tədbirdə müvəkkillərin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılıb. Konfrans iştirakçılarının çıxışları əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbulu mövzularına həsr edilib.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov konfransda çıxış edərək bildirib ki, ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra nail olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub. Azərbaycanda fundamental hüquqi iqtisadi sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik Konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb.

“İnsan hüquqlarının etibarlı müdafiəsi sabiq demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir. Bu mənada 1998-ci ildə islahatların növbəti mərhələsində qəbul edilmiş “Vəkillər və vəkillik haqqında” Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni hüquqi statusunu və müstəqilliyinin təminatını müəyyən edib. Habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilib. Bununla belə cəmiyyətin təkamül prosesi dayanmır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Fuad Ələsgərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Məhkəmə-hüquq islahatlarının dərinləşməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi bu siyasətin prioritetlərindəndir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il fevralın 22-də imzaladığı Sərəncam bu sahədə atılan vacib addımların bariz nümunəsidir. Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarındakı vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən, aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ üç dəfə artırılıb. Eyni zamanda, Sərəncamda Vəkillər Kollegiyasına bir sıra tövsiyələr verilib. Xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində Sərəncamın qəbulundan ötən dövr ərzində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir.

Ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir. Bu şərəfli peşə barədə ilk məlumatlar hələ Miladdan əvvəl “Avesta”da - Azərbaycan ərazisində mövcud olmuş zərdüştlük dininin müqəddəs kitabında əks olunub. Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib. Vəkilliyin mühüm hüquq təsisatı kimi formalaşmasının 1919-cu ilə - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etməsi, Cümhuriyyət hökumətində vəkillərin geniş təmsil olunması xüsusilə əlamətdardır. Təbii ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra totalitar rejimin mahiyyətinə uyğun olaraq müstəqil vəkillik institutundan söhbət gedə bilməzdi. Sovet dönəmində vəkillik qurumu müstəqil olmayıb, onilliklər ərzində Ədliyyə Nazirliyinin faktiki tabeliyində olub və fəaliyyəti müxtəlif əsasnamələrlə tənzimlənib.

Nazir Fikrət Məmmədov qeyd edib ki, vəkillik xidməti müstəqil hüquq təsisatı kimi yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Məhz ölkəmiz üçün demokratik hüquqi dövlət quruculuğu yolu seçmiş Dahi Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində vəkillik haqqında ilk dəfə ayrıca qanun qəbul olunub, onun müstəqil təsisat kimi inkişafına əsaslı zəmin yaradılıb. Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilir, onun fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması naminə mühüm tədbirlər görülür. Vəkillik təsisatının böyük əhəmiyyəti nəzərə alınaraq vəkilliyin inkişafına dəstək vermək məqsədilə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncam xüsusi qeyd olunmalıdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, Azərbaycan müstəqilliyin bərpasından sonra demokratik dəyərlərə sadiq qalaraq dövlət quruculuğu siyasətini uğurla davam etdirib. Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğunun müasir prinsiplərinə istinad edərək, bu prinsiplərin uğurla həyata keçirilməsini təmin edib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Son dövrlərdə Azərbaycanda vəkillik institutunun inkişafı ilə bağlı keçirilən islahatlar, vəkillərin sayının kifayət qədər artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi insan hüquq və azadlıqlarının müdafiəsinə layiqli töhfə verəcək.

Baş prokuror Zakir Qaralov çıxışında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarının insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunmasına xidmət etməklə dövlətin hüquq siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini diqqətə çatdırıb. Zakir Qaralov son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə əlaqədar vəkillik institutunun da təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafına, bu sahədə yeni mərhələnin başlanmasına şərait yaratdığını vurğulayan Baş prokuror bildirib: “Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun öz fəaliyyətini müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil etməsinə, regionlarda hüquq infrastrukturunun genişlənməsinə, onun kadr korpusunun gənc hüquqşünaslar hesabına formalaşdırılmasına, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərməsinə şərait yaradıb”.

Baş prokuror qeyd edib ki, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən əhalinin həssas qrupuna, aztəminatlı ailələrə və digər şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosialyönümlü siyasətinə dəstək verir.

Cari il iyunun 28-də Vəkillər Kollegiyası ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Zakir Qaralov qarşılıqlı əməkdaşlığın bundan sonra da qanunun aliliyi və insan hüquqlarının təmin olunmasına, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcəyinə əminliyini bildirib.

GIZ-in Azərbaycan üzrə direktoru Sonya Fonteyn, Cəmiyyətin hüquq layihəsinin rəhbəri Tomas Herrman çıxışlarında konfransın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında 2019-cu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu, bununla əlaqədar Kollegiya tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirib. O, konfransın məqsədi və proqramı barədə məlumat verib, son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində görülən tədbirlər, Azərbaycan Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının, 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyətindən, ölkəmizdə bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsindən danışıb. Kollegiyanın sədri konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Sonra Türkiyə Barolar Birliyinin sədri, Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin (Türk-Av) rəhbəri Metin Feyzioğlu, Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani, Bütöv Çin Vəkillər Birliyinin vitse-prezidenti Cu Cenqfu, İran Vəkillər Kollegiyası Birliyinin rəhbəri Morteza Şahbazinia, Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, Belarus Milli Məclisinin qanunvericilik və hüquq siyasəti daimi komissiyasının sədr müavini Viktor Çaiçits, Ukrayna Milli Vəkillər Kollegiyasının prezidenti Lidiya İzovitova, Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Litva Vəkillər Kollegiyasının vitse-prezidenti Mindauqas Kukaitis vəkillik fəaliyyətində müasir çağırışlarla bağlı ölkələrinin təcrübələrini bölüşüblər.

Konfrans çərçivəsində tədbir iştirakçıları ölkəmizin mədəniyyəti, eləcə də bölgələri ilə tanış olacaqlar.

Qeyd edək ki, yubiley tədbirləri çərçivəsində Bakıda vəkillər arasında futbol üzrə birinci Cənubi Qafqaz beynəlxalq turniri start götürüb. Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, İran, Polşa, Qazaxıstan, Özbəkistan və Bolqarıstanı təmsil edən 16 komanda birincilik uğrunda mübarizə aparır.

Bakıda “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır