Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 18 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:

-Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.

Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.

Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz.

X X X

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB dedi:

-Təşəkkür edirəm Zati-aliləri. Cənab Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə etimadnaməmi təqdim etməkdən şərəf hissi duyuram. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin Sizə salamlarını, xalqınıza daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram. Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın şahidi olmuşuq və mən bunu görüşdüyüm hər kəsə söyləyirəm. Biz ilk baxışdan ölkənizə aşiq olmuşuq. Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir.

X X X

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur

® “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir

Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

“Onun balalarını heç vaxt tək qoymayacam...” - Bərdə terrorundan 6 il ötür

Ramin Məmmədov: Azərbaycan bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır

KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

Ahmet Turan: Azərbaycanla Hindistan üçün ən real yol iqtisadiyyat, texnologiya və insanlararası əlaqələrdə praktiki nəticələr əldə etməkdir

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir

“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib

Migel Anxel Moratinos: Din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

Akif Quliyev: Müasir suvarma texnologiyaları su itkilərini azaldır, məhsuldarlığı artırır

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edib VİDEO

Linqvistikaya dair əlyazmalar kataloqunun birinci cildi nəşr olunub

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib

Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Bu il dövlət zəmanətli borcda sabit faizli öhdəliklərin payı azalıb, dəyişkən faizli öhdəliklərin payı isə artıb

Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Azərbaycanda incəsənət təhsili yenilənir: gənclər yeni yaradıcılıq istiqamətlərinə yönəlir

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib

Nazir müavini: İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar

Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir

Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Gündüz İsmayılov: Siyasi-iqtisadi potensial, tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir

® Bu bank minimum 8.5%-lə kredit təklif edir

Azərbaycanda işləmiş almaniyalı funksioner: U-15 dünya çempionatı analoqu olmayan tədbirdir

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu

Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər

Kimya İnstitutunun gənc alimləri məktəblilər üçün ustad dərsi keçiblər

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Xaçmaz şəhərində park yenilənir, yeni yaşıllıq zolaqları salınır

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Tarixçi-alim: Azərbaycançılıq ideologiyasının əsasında dövlət Bayrağımızın bütün rəngləri dayanır

Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub

“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

ADA Universitetində rəqəmsal dövrdə təhsilin prioritetləri diqqət mərkəzində olacaq

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib VİDEO

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib VİDEO

Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik