Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhərrəm Əliyev: Ordu quruculuğu məsələləri Prezident, Ali Baş Komandan İlham Əliyevin ciddi nəzarətindədir

Məhərrəm Əliyev: Ordu quruculuğu məsələləri Prezident, Ali Baş Komandan İlham Əliyevin ciddi nəzarətindədir

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev son illərdə ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin, şəxsi heyətinin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əvvəlcə, Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Zəhmət olmasa, əmək fəaliyyətiniz barədə qısaca məlumat verərdiniz.

- Xoş sözlərə görə Sizə təşəkkür edirəm. Xidməti fəaliyyətim haqqında geniş danışmağa ehtiyac görmürəm. Lakin oxucuların marağını nəzərə alaraq, məlumat vermək istərdim ki, 1973-cü ildən 2007-ci ilədək polis orqanlarında xidmət etmişəm, Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon polis idarələrində rəhbər vəzifələrdə çalışmışam.

1993-cü ildən 2007-ci ilədək Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. 2007-2011-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışam. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini vəzifələrinə təyin edilmişəm.

Cari il noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam və mənə “general-polkovnik” ali hərbi rütbəsi verilib.

Onu da qeyd etmək istərdim ki, bu illər ərzində hansı sahədə çalışmağımdan asılı olmayaraq, dövlətçiliyimizin möhkəmlənməsi üçün bilik və bacarığımı əsirgəməmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən hər zaman qürur duymuşam.

- Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub?

- Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib.

Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur.

Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub.

2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur.

Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır.

- Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı qurumlarla görüş keçirmisiniz?

- Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib.

Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib.

Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub.

Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər.

- Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı.

- Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib.

Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir.

Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib.

Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb.

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Həmçinin qeyd etməliyəm ki, “Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub.

- Sonda bir hərbi qulluqçu kimi Silahlı Qüvvələrə nə arzu edərdiniz?

- Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsin heyətini, onların ailə üzvlərini və yaxınlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında böyük qələbə sevincini yaşamalarını arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin iqtisadi blokadası Kubaya son bir ildə 8 milyard dollardan çox ziyan vurub

Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb

ÜMT: Meşə yanğınlarının tüstüsü ildə 100 mindən çox insanın ölümünə səbəb olur

Əl-Cəzirə: Yəmən hakimiyyəti Səna üzərində nəzarəti bərpa etmək niyyətindədir

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

Media: Yəməndə husilər qaçqın düşərgəsinə ballistik raket zərbəsi endiriblər

Tovuzda zəncirvari qəza olub, ölən var

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsə müraciətdir

Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

Yəməndə toqquşmalarda 300-dən çox insan öldürülüb

Eyfel qülləsi bağlanıb: hindu qrupun ziyarəti qalmaqala səbəb olub

Külək Mingəçevirdə ağacları sındırıb, şəhərin bəzi yerlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

Rafael Qrossi: Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı yeni razılaşma hazırlanır

ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edilib

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub

BƏƏ ticarət üçün alternativ marşrutlar yaradır

AfD-nin Saksoniya-Anhalt əyalət seçkisində qələbəsi Avropada narahatlıq yaradıb

Payızda Qəbələ, Quba, Şəki, Qax və Zaqatalaya turların daha çox olacağı gözlənilir

Tbilisidə tramvay xətti bərpa edilir

Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəlib

Külli miqdarda narkotik vasitənin Suriyadan İordaniyaya keçirilməsinin qarşısı alınıb

Kral III Çarlz Harrinin və Meqanın kral ailəsindəki statusuna aydınlıq gətirib

Bu saata olan əsas xəbərlər

Binəqədidə tikilməkdə olan binada baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə tikilməkdə olan binada baş verən yanğın söndürülüb VİDEO

Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcəklər

Çində istismar müddəti bitmiş 4 təyyarə satışa çıxarılıb

İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib

Gürcüstan rəsmisi: Orta Dəhlizin strateji əhəmiyyəti artıb

İraq neft ixracında Hörmüz boğazından asılılığı azaltmağı planlaşdırır

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib

“Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycanlı hakim UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Azərbaycan Ukraynanın Kiyev bölgəsinə 36 tondan çox enerji avadanlığı verib

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib – YENİLƏNİB

Macarıstan Elmlər Akademiyasının arxivində Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

Cəlilabadda irigövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb VİDEO

Cəlilabadda irigövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb VİDEO

Elbay Qasımzadə: Tarixi abidələrə münasibət cəmiyyətin öz keçmişinə münasibətini göstərir

Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzub

Bakı İqlim Fəaliyyəti Həftəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması müzakirə edilib

VIII sinif şagirdi: Gələcəkdə stomatoloji klinika açıb insanlara təmənnasız xidmət göstərmək istəyirəm

BMT rəsmisi: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər

Azərbaycanı təmsil edən konkurçu Belçikadakı turnirdə ikinci olub

Menecer: İnkişaf etməkdə olan iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar artmalıdır VİDEO

Menecer: İnkişaf etməkdə olan iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar artmalıdır VİDEO

Fransada əməkhaqqı yığımlarının vergiyə cəlb edilməsi gündəmdədir

Tarixi abidələr milli yaddaşımızın və kimliyimizin göstəricisidir - ŞƏRH

BCAW2026: İqlim maliyyəsinin səfərbər edilməsində karbon bazarlarının rolu artır

On bir layihə Azərbaycanın milli enerji sisteminə inteqrasiya ediləcək

Futbol üzrə Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

İkiqat bürünc medal qazanan məktəbli: Özümə deyirəm ki, sən bunu bacararsan VİDEO

İkiqat bürünc medal qazanan məktəbli: Özümə deyirəm ki, sən bunu bacararsan VİDEO

Nazir müavini: Azərbaycan transsərhəd yaşıl enerji ticarəti üçün regional sertifikatlaşdırma mexanizmi təklif edir VİDEO

Nazir müavini: Azərbaycan transsərhəd yaşıl enerji ticarəti üçün regional sertifikatlaşdırma mexanizmi təklif edir VİDEO

Qobustanda daha bir körpünün inşası başa çatıb VİDEO

Qobustanda daha bir körpünün inşası başa çatıb VİDEO

Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər aparılır VİDEO

Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər aparılır VİDEO

Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib

Qarslı din xadimi: Qarabağda gördüklərimi cəmiyyətimizə çatdıracağam

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Gənc riyaziyyatçının hədəfi IMO-da medal qazanmaqdır VİDEO

Gənc riyaziyyatçının hədəfi IMO-da medal qazanmaqdır VİDEO

Azərbaycanın “Qlobal Dəniz Külək Alyansı”na qoşulması təklif olunub

Azərbaycanda noutbuk istehsalı 46 faiz azalıb – QRAFİK

Hörmüz boğazında LNG daşınması 92 faiz azalıb

bp bərpaolunan enerji üzrə yeni proqram elan edəcək

Olimpiadaçı Şəmşəddin Şiriyev beynəlxalq yarışlarda medal qazanmağı hədəfləyir VİDEO

Olimpiadaçı Şəmşəddin Şiriyev beynəlxalq yarışlarda medal qazanmağı hədəfləyir VİDEO

Məktəbdə smartfon istifadəsi məhdudlaşdırılmalıdırmı?

® Bakıda ana və uşaq sağlamlığına dair Beynəlxalq Elmi Konfrans olacaq

Küləkli və yağıntılı hava şəraiti davam edir, bəzi yerlərə dolu düşüb – YENİLƏNİB

Ənənə ilə müasirlik arasında: Azərbaycan incəsənəti hansı istiqamətdə inkişaf edir

Natəvanın poetik dünyasına fərqli baxış: Mir Azər Abdullayevin “Qərənfil” əsəri

İraqlı din xadimi: Azərbaycandakı dəyişiklikləri görmək bizi çox sevindirdi

Hazır cavab insanın düşünmək qabiliyyətini əlindən alır – medalçı şagirddən süni intellektlə bağlı çağırış VİDEO

Hazır cavab insanın düşünmək qabiliyyətini əlindən alır – medalçı şagirddən süni intellektlə bağlı çağırış VİDEO

ABŞ-nin “sülh ekspresi”: Putin və Zelenski ilə görüşlərin əsas məqamları

Abşeron Milli Parkında astro kamp təşkil edilib

Bakı Fond Birjasının nümayəndəsi: Bərpaolunan enerji layihələri böyük perspektivə malikdir

Dilçilik İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında dil məsələlərinə toxunulub

Kamil Mamedov: Azərbaycana səfər bizim üçün həm mənəvi, həm də tarixi baxımdan çox əhəmiyyətli olacaq

Mələk Səmədli: Azərbaycan dilini həyatla əlaqələndirərək tədris etməyə çalışıram VİDEO

Mələk Səmədli: Azərbaycan dilini həyatla əlaqələndirərək tədris etməyə çalışıram VİDEO

Naxçıvanda gənclərin əsgərlərlə görüşü - FOTOLAR

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bibiheybət məscidini və Zəfər abidəsini ziyarət ediblər

Azərbaycan Velosiped İdmanı Federasiyası məşqçilərin qarşısına yeni vəzifələr qoyub

Memar: Bu cür əməllər gələcək nəsillərə ötürülən tarixi yaddaşa zərər vurur

Professor: Tarixi-mədəni irsimizi qorumalıyıq

® Mərkəzi Gömrük Hospitalından müayinənin nəticələrini onlayn əldə etmək mümkündür

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb

Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb

VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatına Qubada hazırlaşır

Əyyub Quliyev: Opera və Balet Teatrı Üzeyir Hacıbəyli Musiqi Festivalına hazırlaşır

XI sinif şagirdi: Elə qurğu ixtira etmək istərdim ki, bütün fənlərin kitabları orada yerləşsin VİDEO

XI sinif şagirdi: Elə qurğu ixtira etmək istərdim ki, bütün fənlərin kitabları orada yerləşsin VİDEO

"Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb YENİLƏNİB VİDEO

"Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb YENİLƏNİB VİDEO

Əmək münasibətlərində hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

Kənd təsərrüfatı nazirinin müavini təsdiqlənən yeni dövlət dəstəyi mexanizmlərini şərh edib – EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı nazirinin müavini təsdiqlənən yeni dövlət dəstəyi mexanizmlərini şərh edib – EKSKLÜZİV VİDEO

Perumal Arumugam: “Bakı İqlim Fəaliyyəti Həftəsi” iqlim həllərini birlikdə qurmaq ideyaları ətrafında formalaşıb

Azərbaycanla Pakistan arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib