Küləkli və yağıntılı hava şəraiti davam edir, bəzi yerlərə dolu düşüb – YENİLƏNİB
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-si saat 16:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay və Salyanda 20, Şəkidə və Zərdabda 18, Şirvanda 17, Yevlaxda, Şahdağda və Göygöldə 15 metrə çatır.
Saat 16:05-16:12-də Şahdağa diametri 3, saat 16:15-16:19-da isə Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0,5 millimetr olan dolu düşüb.
Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır.
15:57
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Naftalanda və Gəncədə 28, Goranboyda 27, Mingəçevirdə və Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtərdə və Şəmkirdə 16, Zaqatalada, Balakəndə və Şəkidə isə 15 metrə çatır.
Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır.