Azərbaycanı təmsil edən konkurçu Belçikadakı turnirdə ikinci olub
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanı atçılığın konkur növündə beynəlxalq arenada təmsil edən Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə uğurlu nəticə göstərib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, idmançı 135 santimetr hündürlüyündə maneələrin dəf edilməsi üzrə yarışda 39 iştirakçı arasında 59,90 saniyə nəticə və 0 cərimə balı ilə ikinci yeri tutub.
Patrik Makenti 6-8 yaşlı atlar üçün 130 santimetr hündürlüyündə maneələrin dəf edilməsi yarışında da iştirak edib. 28 atlı arasında mübarizə aparan idmançı marşrutu 69,16 saniyəyə və cərimə balı toplamadan başa vuraraq beşinci olub.
Qeyd edək ki, Patrik Makenti sentyabrın 16-20-də Belçikanın Lanaken şəhərində keçiriləcək gənc atlar arasında konkur üzrə dünya çempionatında çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [18:41]
Azərbaycanlı hakim UEFA Gənclər Liqasının oyununa təyinat alıb
- 07.09.2026 [18:09]
Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzub
- 07.09.2026 [17:49]
Futbol üzrə Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb
- 07.09.2026 [16:10]
Qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatına Qubada hazırlaşır
- 07.09.2026 [15:32]
Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb
- 07.09.2026 [15:30]
Azərbaycanın sərbəst güləşçiləri Rusiyadakı memorialda 8 medal qazanıblar
- 07.09.2026 [15:09]