® Mərkəzi Gömrük Hospitalından müayinənin nəticələrini onlayn əldə etmək mümkündür
Mərkəzi Gömrük Hospitalı pasiyentlərə xidməti daha da rahatlaşdırmaq məqsədilə Onlayn Şəxsi Kabinetdən istifadə qaydalarını ətraflı izah edən yeni videobələdçi təqdim edib.
Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsi üzərindən videobələdçidə aşağıdakı mərhələlər əhatə olunur:
• Rəsmi sayta daxil olmaq və “Onlayn Şəxsi Kabinet” düyməsini klikləmək;
• L-kart nömrəsi, doğum tarixi və təhlükəsizlik kodu daxil etməklə şəxsi kabinetə giriş;
• Laborator analiz nəticələri və radioloji müayinələrin cavablarının kabinetdə izlənilməsi;
• L-kart nömrəsinin Hospitalın Qeydiyyat şöbəsindən əldə olunması qaydaları.
Hospitalın administrasiyası bildirir ki, istifadəçilər Onlayn Şəxsi Kabinetlə bağlı hər hansı problem və ya sual yaranarsa, (012) 404 08 08 nömrəsinə zəng edərək Hospitalın Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Mərkəzi Gömrük Hospitalı rəqəmsal xidmətlərin genişləndirilməsi və xəstələr üçün xidmət keyfiyyətinin artırılması istiqamətində addımlarını davam etdirir.
Əlaqə:
Mərkəzi Gömrük Hospitalı
Tel.: (012) 404 08 08