Tarixi abidələr milli yaddaşımızın və kimliyimizin göstəricisidir - ŞƏRH
Bakı, 7 sentyabr, AZƏRTAC
Tarixi abidələr hər bir xalqın milli yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin inikasıdır. Onların üzərini yazmaq, şəkil çəkmək və ya digər üsullarla zədələmək olmaz. Hər bir vətəndaş öz tarixi yaddaşına sahib çıxmalı, onu qorumalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov deyib.
Abidələrin xalqın tarixinin, əmək və yaradıcılıq ənənələrinin, estetik zövqünün göstəricisi olduğunu deyən M.Qəribov bildirib ki, onlara qarşı hörmətsizlik əslində milli kimliyə və mənəvi dəyərlərə hörmətsizlikdir. İnsanların bunu dərindən dərk etməsi vacib amildir. İnsanı ucaldan onun mənəviyyatıdır. Abidələri qorumaq isə hər bir insanın vətəndaşlıq borcudur. Yalnız bu yolla tarixi irsimizi gələcək nəsillərə toxunulmaz vəziyyətdə çatdırmaq mümkündür.
“Abidələrin üzərinin yazılması isə onun orijinal tarixi görünüşünü pozaraq vizual qarışıqlıq yaradır. Çünki abidə müəyyən dövrün memarlıq, bədii və mədəni xüsusiyyətlərini əks etdirir. Belə yazılar abidəyə qarşı hörmətsizliyi göstərməklə yanaşı, abidənin elmi və mədəni dəyərini də azaldır. Buna görə də abidələrin təmiz və orijinal vəziyyətdə qorunması təkcə fiziki bərpa məsələsi yox, eyni zamanda, gələcək nəsillərin tarixi şüurunun düzgün formalaşdırılması üçün zəruri şərtdir. Gəlin, abidələrimizi qoruyaq və qiymətli sərvət kimi gələcək nəsillərə ötürək!” – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [16:23]
Memar: Bu cür əməllər gələcək nəsillərə ötürülən tarixi yaddaşa zərər vurur
- 06.09.2026 [17:21]
Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır - ŞƏRH
- 06.09.2026 [12:58]