Azərbaycanla Pakistan arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.