Futbol üzrə Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərinin biletləri satışa çıxarılıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, biletlərin qiymətləri 3-40 manat arasında dəyişir.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena” stadionunda Tacikistan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə “Palms Sports Arena”da Litva millisi ilə üz-üzə gələcək.
Oyunlara bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [18:09]
Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzub
- 07.09.2026 [18:02]
Azərbaycanı təmsil edən konkurçu Belçikadakı turnirdə ikinci olub
- 07.09.2026 [16:10]
Qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatına Qubada hazırlaşır
- 07.09.2026 [15:32]
Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb
- 07.09.2026 [15:30]
Azərbaycanın sərbəst güləşçiləri Rusiyadakı memorialda 8 medal qazanıblar
- 07.09.2026 [15:09]