Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-nin “sülh ekspresi”: Putin və Zelenski ilə görüşlərin əsas məqamları

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün yeni diplomatik səfərlər həyata keçirdilər.

Əvvəlcə onlar sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdülər.

Moskva görüşündə nələr müzakirə olundu?

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrə üçüncü dəfə qoşulan Cared Kuşnerdən fərqli olaraq, Stiv Uitkof Rusiya Prezidenti ilə səkkizinci dəfə görüşdü.

Kremldə keçirilən görüşdə Rusiya tərəfdən Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak ediblər.

“Axios”un jurnalisti Barak David öz mənbələrinə istinadən yazıb ki, Moskvadakı danışıqlara Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurasının, Dövlət Departamentinin və Maliyyə Nazirliyinin nümayəndələri də qatılıblar.

Vladimir Putin görüşün mətbuat üçün açıq olan hissəsində ABŞ Prezidenti Donald Trampın müharibənin həllinə töhfə vermək səylərini təqdir edib. Lakin Rusiya Prezidenti hazırkı vəziyyətin çətinliyinə də diqqət çəkib.

Prezident Putinlə amerikalı emissarların müzakirəsi 3 saatdan çox davam edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşü konstruktiv adlandırıb. O, danışıqların məzmunlu və son dərəcə səmimi keçdiyini deyib. Kreml rəsmisi bildirib ki, son dərəcə ciddi məsələlər üzrə müzakirə həm masa arxasında, həm də şam yeməyi zamanı qeyri-rəsmi şəraitdə davam edib. “Müzakirələr yalnız Ukrayna ilə məhdudlaşmadı. Potensial Rusiya-Amerika layihələri barədə də danışıqlar aparıldı”, - deyə o əlavə edib. Ancaq Yuri Uşakov nəyin razılaşdırılıb-razılaşdırılmadığı barədə konkret məlumat verməyib.

Ukraynadakı danışıqlar

Moskvadakı görüşdən sonra Uitkoff və Kuşner danışıqları davam etdirmək üçün Kiyevə gediblər.

ABŞ nümayəndə heyətini qatardan düşərkən Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar.

Daha sonra ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Kiyevdəki danışıqlara Fransa, Böyük Britaniya və Almaniya liderlərinin xarici siyasət və təhlükəsizlik üzrə müşavirləri də qoşulublar. Onlarla danışıqlar ayrıca raundda keçirilib. Yaxın gələcəkdə Ukrayna, Avropa və ABŞ-nin iştirakı ilə növbəti birgə görüşün keçirilməsi razılaşdırılıb. Kiyevdəki danışıqlara dair açıqlamalar Moskva raunduna nisbətdə daha çox görünür.

Volodimir Zelenski görüşdən sonra ABŞ nümayəndə heyəti ilə birlikdə mətbuat konfransı keçirib. Ukrayna Prezidenti Rusiya-Ukrayna müharibəsini bitirmək üçün diplomatik addımların atıla biləcəyi hər hansı bir formatda danışıqların bərpasını mühüm addım kimi qiymətləndirib. O, buna görə ABŞ Prezidentinə və onun elçilərinə təşəkkür edib.

Bununla belə, dövlət başçısı ərazi bütövlüyü məsələsinin aktual olaraq qaldığını və belə mürəkkəb mövzuların yalnız liderlər səviyyəsində həll edilə biləcəyini vurğulayıb.

Görüşdə təhlükəsizlik zəmanətləri ilə yanaşı, Ukraynanın müharibədən sonrakı bərpası, yenidən qurulması və iqtisadi təminatları müzakirə edilib. Zelenski qeyd edib ki, ölkənin gələcəyi üçün güclü ordu əsas təhlükəsizlik zəmanətidir və bunun üçün resurslar lazımdır.

V.Zelenski müharibənin qışa qədər davam edəcəyinə eyham vurub. O, belə olduğu təqdirdə, Ukraynanın hava hücumundan müdafiə və enerji sahələrində dəstəyə ehtiyacının olduğunu bildirib.

Uitkoff isə öz növbəsində keçirilən müzakirələrə istinad edərək, danışıqları aparanların Moskvada çox irəliləyiş əldə etdiklərini diqqətə çatdırıb. Diplomat məsələ ilə bağlı yaxşı həll yolunun tapılacağına əminliyini ifadə edib.

Zelenski ilə müzakirələrdən dərhal sonra Ukrayna paytaxtında keçirilən mətbuat konfransında çıxış edən Cared Kuşner təfərrüatları açıqlamasa da, özünün və səfər yoldaşının “səfərdən çox şey öyrəndiyini” söyləyib.

Dünya mediası səfərlərlə bağlı nə yazdı?

ABŞ-nin Ukraynadakı müharibəyə son qoymaq üçün Moskvaya və Kiyevə ezam etdiyi nümayəndələrin apardığı danışıqlar dünya mediasının da diqqət mərkəzində olub.

Nüfuzlu “The New York Times” səfərin simvolikasına diqqət çəkib. “Amerikalılar Kiyevə ukraynalıların “Sülh Ekspresi” adlandırdıqları qatarla gəldilər. Lakin Rusiya ilə müharibəyə son qoymaq prosesində heç bir sürətli və birbaşa addım yoxdur, bunun yaxın vaxtlarda dəyişəcəyinə dair heç bir əlamət görünmür”, - deyə qəzet yazıb.

“Axios” Ağ Evə və danışıqların gedişatına yaxın mənbələrə istinadən yazır ki, Tramp administrasiyası müharibədə hər hansı bir dönüş nöqtəsinə qış başlamazdan əvvəl nail olmaq istəyir: Kuşner və Uitkoff qışdan əvvəl böyük bir sıçrayışa nail olmaq istədiklərini vurğulayıblar.

Kremlə yaxın mənbələr sentyabrın 4-də bildiriblər ki, Kremlin ABŞ nümayəndə heyətinin Rusiyaya səfəri ilə bağlı gözləntiləri olduqca aşağıdır. “Bloomberg”ə görə isə Rusiya Prezidenti Vladimir Putin müharibəni yalnız getdikcə daha sərt şərtlərlə bitirməyə hazırdır.

“Azadlıq” radiosu mövzu ilə bağlı ABŞ-nin Ukraynadakı keçmiş səfirlərindən (Uilyam Teylor, Con Herbst və Ceffri Payaat) münasibət öyrənib. Radionun saytı məqaləni bu başlıqla təqdim edib: “ABŞ Ukrayna ilə bağlı sülh təşəbbüsünü yenilədi, amma keçmiş səfirlər heç bir irəliləyiş görmürlər”.

BBC diqqəti Volodimir Zelenskinin danışıqlardan sonrakı bəyanatına çəkib. Gəlinən nəticəyə əsasən, ABŞ-nin sülh təşəbbüslərinə baxmayaraq, Kiyev müharibənin bu qış da davam edəcəyini real ssenari kimi qəbul edir.

Bu, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sentyabrın 6-da verdiyi açıqlama ilə üst-üstə düşür. Yuri Uşakov deyib ki, Vladimir Putin müzakirələrdə müharibənin bütün məqsədlərinə hərbi yolla çatmaq öhdəliyini bir daha təsdiqləyib.

Üçtərəfli görüş barədə ehtimallar

Stiv Uitkoff və Cared Kuşner Kiyevdə rəsmilərlə görüşdükdən sonra üçtərəfli danışıqların Ukrayna müharibəsinin “yaxşı həlli” ilə nəticələnəcəyinə əminliklərini dilə gətiriblər.

Ukrayna ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsinin tərəfdarıdır, həmçinin Avropadakı tərəfdaşlarını danışıqlara cəlb etməyə hazırdır. Bununla belə, Rusiya hazırda konkret danışıqlar formatına kifayət qədər hazırlıq nümayiş etdirmir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən mətbuat konfransında da bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya, Ukrayna və ABŞ arasında sülh danışıqlarının bərpasını istisna etmədiyini, lakin bu cür danışıqların nə vaxt və harada keçirilə biləcəyini söyləməyin hələ tez olduğunu vurğulayıb.

Buradan belə bir qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı səylər yenidən aktiv mərhələyə keçsə də, üfüqdə yekun nəticə ilə bağlı hələ də heç nə görünmür. Bundan sonra prosesdə nələrin baş verəcəyini isə qarşıdakı aylar, bəlkə də illər göstərəcək.

Hazırladı: Aqşin Kərimov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir