Elxan Məmmədov: Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə 32 namizəd var VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə 32 namizəd var.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 28-də təşkil olunan mətbuat konfransında deyib.
E.Məmmədov qeyd edib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında namizədlər təqdim olundu. Komitənin üzvləri namizədlər barədə fikirlərini bildirdilər. AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin hər bir üzvünə növbəti konfransadək fikirlərini təqdim etməyi tapşırıb.
Növbəti konfransın 15 gün sonra keçiriləcəyini deyən E.Məmmədov konfransdan sonra namizədlərin qısa siyahısının müəyyənləşəcəyini vurğulayıb.