Azərbaycanlı əkiz gimnast bacılar Budapeştdə qızıl və gümüş medallar qazanıblar VİDEO
Budapeşt, 8 mart, AZƏRTAC
Əsmər və Sofiya Seyidova bacıları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə ikigünlük "Tavasi kupa" beynəlxalq turnirində qızıl və gümüş medallar əldə ediblər.
AZƏRTAC xəbər verir ki, əkizlərin hər biri orijinal nömrə təqdim etməklə münsiflər heyətinin etimadını qazanıblar.
Qeyd edək ki, Seyidova bacıları tanınmış məşqçi İrina Berekin yetirmələridir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt