Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı zəfər tariximiz - Aprel döyüşlərinin qəhrəmanları danışır VİDEO

Cəbrayıl, 3 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən dörd il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.

AZƏRTAC-ın bölgə müxbiri Aprel döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində hərbçilərlə söhbət edib, döyüş təəssüratlarını öyrənib.

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov xalqımızı Aprel döyüşlərinin dördüncü ildönümü münasibətilə təbrik edərək deyib: “2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə düşmənin hücumunun qarşısı ön mövqelərdə duran bölmələrimiz tərəfindən alındı, düşmən itki verərək hücumu dayandırmağa məcbur oldu. Üst komandanlığın əmri ilə bölmələrimiz əks hücuma keçdi və düşməni məhv edərək, işğal altında olan ərazilərimizin bir hissəsini azad etdi. Lələtəpə yüksəkliyi işğal altında olan zaman yaşayış məntəqələrimiz düşmənin atəşi altında idi. İndi isə əhali yaşayış məntəqələrində rahat həyat tərzi sürür, təhlükəsiz əkin-biçin işləri ilə məşğuldur. Aprel döyüşləri Ali Baş Komandanın dediyi kimi ordumuzun gücünü, xalqla birliyini, Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Azərbaycanın zəfər tarixi oldu. Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətində və ruhunda olmasını sübut etdi. Həmin döyüşləri xatırlayıram. Əsgərlərimiz, zabit və gizirlərimiz yüksək həvəslə, Vətən sevgisi ilə düşmən üzərinə hücum edirdilər. Onlar torpaqlarımızı azad etmək üçün canlarından keçirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şükür Həmidov bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun son döyüşü deyil. Ordumuz Ali Baş Komandanın əmri ilə gələcək döyüşlərdə uğurlarını davam etdirəcək, yeni-yeni zəfərlər qazanacaq.

“Biz - Azərbaycan Ordusunun zabit və əsgərləri arzu edirik ki, tezliklə Ali Baş Komandanın hücum əmrini alaq, işğal altında olan bütün ərazilərimizi düşməndən azad edək. Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız hazırda işğal altında olan bütün şəhər və kəndlərimizdə dalğalansın. Hamımızın illərdir gözlədiyimiz zəfər bayramını qeyd edək”, - deyə Ş.Həmidov vurğulayıb.

2016-cı ilin aprelində Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov həmin günləri belə xatırlayır: “Dörd il öncə, aprelin 1-dən 2-nə keçən gecə düşmən bölmələri Cocuq Mərcanlı-Horadiz yaşayış məntəqəsi istiqamətində kəndləri və əhalini atəşə tutmağa başladılar. Komandanlıq tərəfindən həyəcan siqnalı ilə qaldırılaraq öz mövqelərimizdə yerləşdirildik. Əks hücuma keçən bölmələrimiz tərəfindən yüksək strateji mövqe olan Lələtəpə yüksəkliyi səhər saatlarında düşməndən azad edildi və Azərbaycanın üçrəngli bayrağı orada dalğalanmağa başladı. Həmin gün saat 9-10 radələrində düşmən zirehli texnikalarla Lələtəpə istiqamətində hücuma keçməyə cəhd etdi. Mənə verilən tapşırıqla düşmənin 3 kalonunu sıradan çıxardım. Hər zaman Ali Baş Komandanın əmrinə hazıram. Xalqımızı əmin edirəm ki, növbəti döyüşlərdə bayrağımızı azad edilmiş digər torpaqlarımızda da dalğalandıracağıq”.

Polkovnik-leytenant Faiq Qasımov da Aprel döyüşlərində iştirak etdiyinə, Vətənin keşiyində durduğuna görə fəxr etdiyini bildirib: “2016-cı ildə düşmən cəbhədə təxribatlar edirdi. Aprelin 1-dən 2-nə keçən gecə düşmənin təxribatının qarşısını aldıq və Lələtəpə yüksəkliyini azad edərək, oradakı düşməni məhv etdik. Mən bir şəhid qardaşıyam və dörd il əvvəl olduğu kimi yenə də səngərdə xidmətimi davam etdirirəm. Bununla qürur duyuram. Bir zabit kimi deyə bilərəm ki, Azərbaycan Ordusunun hazırlığı və döyüş ruhu yüksəkdir. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrinə hər an hazırdır. Əminəm ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcək, şəhidlərimizin qisasını alacağıq”.

Gizir İmran Remixanov da Azərbaycan Ordusunun daha böyük zəfərlərinə inamını ifadə edib: “Aprel döyüşləri kimi döyüşlərimiz gələcəkdə çox olacaq. Düşmən işğalında olan digər torpaqlarımızı da azad edəcəyik. Biz bu qələbəmizlə bir daha sübut etdik ki, Azərbaycan Ordusu nəyə qadirdir. Düşmən yaralıları qoyub qaçırdı. Düşmən Azərbaycan Ordusunun gücünü bir daha gördü. Düşmənlərimiz bilsinlər ki, onları işğal etdikləri torpaqlarda ölüm tapacaq. Biz düşmənə qat-qat ağır zərbələr endirəcəyik”.

Aprel döyüşlərinin iştirakçısı Rövşən Rəhimov dörd il əvvəl olduğu kimi, bu gün də Vətənimizin müdafiəsində ayıq-sayıq dayanıb. Deyir ki, bütün Azərbaycan hərbçiləri kimi onun da istəyi Aprel döyüşlərində qazanılan zəfərləri davam etdirməkdir: “Azərbaycan Ordusundakı döyüş əhval-ruhiyyəsi onu göstərir ki, biz işğal altındakı bütün torpaqlarımızı azad etməyə hazırıq. Ordumuz günü-gündən daha da qüdrətlənir. Biz buradan düşmənin qorxduğunu hiss edirik. Səhər tezdən sevinərək postu təhvil vermələri düşmənin zəifliyini göstərir. Düşmən bilsin ki, bizim torpaqlarda əbədi qalmayacaq. Biz onlara daha ağır zərbələr endirəcək və işğal altında olan bütün ərazilərimizi azad edəcəyik”.

Lələtəpə yüksəkliyində döyüş mövqeyində dayanan hərbi qulluqçularla söhbət zamanı bir daha əmin olduq ki, Azərbaycan Ordusunun döyüş əzmi və Vətən sevgisi sayəsində dörd il əvvəl işğaldan azad edilmiş ərazilərdə yüksələn üçrəngli bayrağımız bu gün düşmən tapdağında olan digər torpaqlarımızda da dalğalanacaq.

Şanlı zəfər tariximiz - Aprel döyüşlərinin qəhrəmanları danışır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub