Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məscid və kilsələr yan-yana – dünyaya örnək tolerantlıq modeli FOTO VİDEO

Qəbələ, 2 sentyabr, R.Türkoğlu, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən və dahi şəxsiyyət Heydər Əliyev deyib: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin - Xristianlıq, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və ibadət evləri olan kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlardan biri də Qəbələ rayonudur.

Dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan Qəbələnin Nic qəsəbəsində isə 3 min 600 udi yaşayır.

AZƏRTAC xəbər verir ki, udilərin məskunlaşdığı qədim Nic qəsəbəsi Qəbələ şəhərindən 40 kilometr cənub-qərbdə, Qəbələ-Oğuz avtomobil yolunun kənarında yerləşir. Şəhər tipli qəsəbə olan Nic dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birilərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün mühüm işlər görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Nic kəndində müasir məktəb binası açılıb, müqəddəs “Cotari” alban-udi kilsəsi bərpa olunub, eləcə də kəndin infrastrukturu yaxşılaşdırılıb. Çoxmillətli Azərbaycan xalqının tolerantlığı və tarixən yaranmış çoxmədəniyyətli mühit respublikamızın bütün xalqlarının, o cümlədən udilərin mədəni və mənəvi inkişafı üçün şərait yaradıb.

Alban-udi icmasının rəhbəri Robert Mobili deyir ki, ölkəmizdə azsaylı xalqlara göstərilən dövlət qayğısı, multikulturalizm dəyərlərinin qorunub saxlanılması, udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsinin sosial-iqtisadi problemlərinin həlli üçün görülən tədbirlər Prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşlarına - udilərə verilən ən böyük qiymətdir. İcma rəhbəri qeyd edib ki, ölkəmizdə bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət yetirilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Onun sözlərinə görə, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. O, “Cotari” alban-udi kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu vurğulayaraq bildirib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modelidir.

Hazırda qəsəbə ərazisində olan və sonuncu dəfə XII əsrdə bərpa edilən ən qədim kilsələrdən biri əsaslı şəkildə bərpa olunur. Yaxın vaxtlarda bərpa işləri yekunlaşdıqdan sonra kilsə ibadət üçün vətəndaşların istifadəsinə veriləcək.

Müasir Azərbaycanın təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzi olduğunu deyən R.Mobili əlavə edib ki, udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində - Azərbaycanda öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya biliblər. Kiçik, amma dini baxımdan zəngin udi xristian icması Alban apostol kilsəsinin varisidir. Robert Mobili digər dini icmalar kimi, Alban-udi icmasının da dövlətin diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb. “Qəsəbədə Azərbaycan Udi Ocağının yaradılması multikulturalizmin daha da inkişafı yolunda mühüm addımdır. Azərbaycan Udi Ocağının gənc nəslin tariximizi öyrənməsində böyük rol oynayacağına əminəm”, - deyə o bildirib.

R.Mobilinin sözlərinə görə, bir vaxtlar udilərin kilsələri erməni kilsələrinin tabeliyinə verildiyinə görə, onlar indiki Azərbaycan Udi Ocağında olan evdə ibadət ediblər.

Azərbaycan Udi Ocağı tarixi-etnoqrafik park-muzeyi Böyük Qafqazın cənub yamacının mənzərəli düzənliyində, Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altındakı bu park-muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən etnoqrafik kənddir. Park-muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahələrə bölünür. Evin içində və həyətində Qafqaz albanlarının varisləri olan udilərin həyatına aid müxtəlif ev əşyaları, ev bəzəkləri, ənənəvi tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim paltar və geyimlər, müxtəlif dizaynlı arabalar, təkərlər, kotanlar və digər eksponatlar mövcuddur.

Muzeyin önəmli eksponatlarından biri, qədim ənənələrə malik olan udi xalqına məxsus evin giriş darvazasıdır. Həyətyanı sahədə orijinal üslubda tikilmiş iki qonaq evi var. Evlərin quruluşu və interyeri udi xalqının qonaqpərvərliyini əks etdirən müxtəlif əşyalarla zəngindir. Evin eyvanından Böyük Qafqazın cənub yamacına, müasir kənd evlərinə və məhəllələrinə gözəl mənzərə açılır. Bu tikili XVII əsrin sonunda Nic kəndinin Qocabəyli məhəlləsi ərazisində çiy kərpicdən olan daş təməl üzərində taxtadan qurulmuş udi evidir.

Muzeyin kolleksiyası hazırda iki mindən çox eksponatı əhatə edir.

Son illərdə kənd ərazisində dini və dünyəvi xarakterli çoxsaylı tədbirlər, konfranslar və forumlar keçirilib. Muzey 2017-ci ilin əvvəlində azərbaycanlı arxitektor, rəssam UNESCO-nun memarlar ittifaqının həqiqi üzvü Şahvələd Məmmədov tərəfindən təsis edilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi İbrahim Məmmədovun sözlərinə görə, Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığı təmin edilir.

Nic qəsəbəsində beş məktəb var. Onlardan üçündə udilər rus və udi dilində, ikisində isə Azərbaycan dilində dərslər keçirlər.

Bundan əlavə, qəsəbədə iki məscid və üç kilsə var. Müsəlmanlar öz dini mərasimlərini məscidlərdə, udilər və digər xalqlar isə kilsələrdə qeyd edirlər.

Məscid və kilsələr yan-yana – dünyaya örnək tolerantlıq modeli FOTO  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb