1,5 milyon izləyicisi olan səhifə Naxçıvanın Qarabağlar türbəsi barədə paylaşım edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Tviter platformasında 1,5 milyon izləyiciyə malik "The Cultural Tutor" səhifəsi “Azerbaijan Nakhchivan” (@aze_nakhchivan) səhifəsinin təşəbbüsü ilə Naxçıvanın Qarabağlar türbəsi barədə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşım qısa zaman ərzində 74 mindən çox baxış sayı yığıb.
Qeyd edək ki, Qarabağlar türbəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində yerləşir. Qarabağlar türbəsində qoşa minarə və onların arasında yerləşən bina qalıqları var. Qoşa minarənin 12-ci əsrin sonu - 13-cü əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14-cü əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfınə tikildiyi güman edilir. Türbə 2003-cü ildə əsaslı bərpa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]